Blog Listem

20 Eylül 2022 Salı

Furuğ

Füruğ Fərruxzad Sənin çiyinlərin Sənin çiyinlərin, Yalçın qayalar tək vüqarlı, məğrur. Mənim saçlarımın dalğaları da, Bu yalçın qayalar enişlərindən, Axışıb tökülür şəlalə kimi. Sənin çiyinlərin, Böyük bir qalanın divarlarıdır, Mənim saçlarımın telləri bir-bir, Rəqs edir divarlar üstündə, sanki, Çinar yarpağını külək titrədir. Sənin çiyinlərin, Dəmir minarədir və bu minarə, Böyük cilvəsidir qanın, həyatın. Rəngi də qızarmış mis rəngi kimi. Həvəsin o səssiz məbədindəyik, Qərarsız yatmışam kənarında mən. Öpüşlərin yeri sənin canında, Yandırır səni, Sanki bədənini ilan çalıbdır. Sənin çiyinlərin, Günəşin o isti, qızmar çağında, Büllur, gilə-gilə tərin altında, Parlayır bir dağın zirvəsi kimi. Sənin çiyinlərin, Mənim istək dolu baxışlarımın, Qibləgahıdır. Sənin çiyinlərin, Daşdan səccadədir, Qutsal səccadə, Alın yapışdırıb namaz qılmağa. *** Öpüş Mənim dodağımı öpüşlərinin, Yaxar atəşiyə öpüb yandıran. Mənim gözlərimin dərinliyinə, Sığınan sirləri anlamayırsan. Könül qatlarımda bilməlisən ki, Gizlin saxlamışam sirrini sənin? Bu gizlin sevgidən, könül dünyamda, Bağrıma bir atəş yerləşmiş dərin. Deyirlər o qadın dəlidir, dəli, Dodağından öpüş verir o, asan. Doğru, ancaq sənin öpüşlərindir, Solğun dodağıma bağışlayır can. Şöhrət arxasınca deyiləm qəti, Sənin qucağını istəyirəm mən. İçimi yandıran sönməz atəşə Alıb qucağında su çiləyəsən. Fürsət axtarıram gözlərdən uzaq, Səninlə məst olum ağlar, gülümsər. Qızıl çiçəklərdən bir döşək üstə, Səninlə bir gecə eyləyəm səhər. Mənim dodağımı öpüşlərinin, Yaxar atəşiyə öpüb yandıran. Mənim gözlərimin dərinliyinə, Sığınan sirləri anlamayırsan. *** Hədiyyə Mən gecənin dərinliyindən danışıram, Qaranlıqdan danışıram. Gecənin və qaranlığın qatılığından danışıram. Bizə gələr olsan, mehriban gözəl, mənim üçün bir çıraq gətir! Və bir pəncərə. O pəncərədən baxım, Səadət küçəsində, Xoşbəxt insanların izdihamına. *** Bahar və qız Bir qız pəncərədən baxarkən dedi: “Ay baharın qızı, sən nə gözəlsən! Ətrini, gülünü, gözəlliyini, Nəyə mail olsan, alaram səndən.” Cavan bir budağın tumurcuqları, Sərxoş gözlərini naz ilə açdı. Qızıl saçlarıyla, al qanadıyla, Gümüş bulaqlarla o qucaqlaşdı. Günəşin gülümsər dodaqlarından, Gündüzün üzündə nur aşıb-daşdı. Kiçik bir ləpəyə bir əsimlik yel, Bir sirri söyləyib tez uzaqlaşdı. Bağban sevindi ki, yetişdi bahar, Gülləndi əkdiyim soylu ağaclar. O qız pəncərədən dedi: “Nə fayda,— Mənimçün olmadı heç zaman bahar.” Günəş qıpqırmızı göyün dibində, Qan dənizi içrə sanki axırdı. Heyran fikirlərlə gündüz gedirdi, O qız pəncərədən qəmli baxırdı. *** Çimmək Soyundum könlümü açan havada, Şəffaf bir bulaqda yuyunum, çimim. Gecədən könlümə şübhə ələndi: Sirrimi çeşməyə deyim, deməyim? * Sular sərin idi, ləpələr duru, Sarıldılar mənə pıçıldaşaraq. Sanki söyləyirdi büllur ləpələr: Sən də qatıl bizə, qatıl bizə, ax… Uzaqlardan külək əsərək birdən, Bir ətək üstümə çiçək ələndi. Çiçəyin, yarpızın, gülün ətrindən, Könül təzələndi, ruh təzələndi. Yumdum gözlərimi səssiz və heyran, Bütün çiçəkləri köksümə aldım. Aşiqiylə yatan bir qadın kimi, Yerimi bulaqla bir yerə saldım. Ötdü ayaqlarım üstündən sular, Qalxıb dodağımdan öpüş aldılar. Mənim bədənimdən zövq almaq üçün, Mənə sarıldılar, qucaqlaşdılar. *** Yer ayələri Bərəkət tərk etdi yer kürəsini, Günəş buza döndü. Yaşıllıqlar soldu, balıqlar öldu. Dənizlər qurudu, dağlar yıxıldı. Torpaq, ölüləri dəfn olunmağa qəbul etmədi. Gecə, rəngi qaçmış pəncərələrdə, Kabus kölgə kimi, qarşı çıxışda, …Və yollar, sonunu qaranlıqlarda, Buraxıb, sonunda təslim oldular. Sevinc və sevgini anmadı kimsə. Təklik daxmasında doğuldu heçlik. Qanlardan qorxunc bir qoxu qalxaraq. Qadınlar doğduğu uşaqlar bütün, başsız oldular. Beşiklər hamısı utandığından, Soyuq məzarlarda itib-batdılar. Nə acı, dəhşətli, qara bir zaman. Ehtiyac kor etdi vicdan gözünü. vicdanın gücünü, Vicdan qüdrətini ehtiyac yendi. Peyqəmbərlər ac, lüt, Ulu Tanrının qərar yerlərindən qoyub qaçdılar. Və itkin quzular susuz çöllərdə, Çoban çağrısını eşitmədilər. Güzgünün önündə, sanki təsvirlər, rənglər, hərəkətlər, tərsələşirdi. Alçaq adamların, fahişələrin, sardı üzlərini yapay qutsallıq, Şərab bataqlığı pis qoxusuyla, Sakit, hərəkətsiz ziyalıları, İçinə çəkdi. Zərnigar kitablar qəfəsələrdə,— Siçanlar onları didib, sökdülər. Günəş ölmüşdü…. Gələcək, Çocuqlar zehnində ancaq, Bilinməz qaranlıq bir şey olmuşdu. Uşaqlar anlamsız bu sözü yalnız, Yazı dəftərində, qara ləkələrlə təsvir etdilər. Ruhən ölmüş millət, hədəfsiz və dalqın bir şaşqınlıqla, Bir yerdən bir yerə daşınırdılar. Cinayətə rəğbət hissi onların, Əlləri içində düyünlənmişdi. Öz dəhşətlərində boğulmuşdular. Bəzən bir qığılcım, kiçik qığılcım, Bu səssiz milləti devindirsə də, Hədəfsiz olduqdan millət hamısı, Didib bir-birini parçalardılar, bu hərəkətdə. Onlar bir-birinin başını kəsib, Al qanın içində, Körpə qızlarla, bir yerdə yatırdı əkə kişilər. Öz dəhşətlərində boğulmuşdular. Günahkarlıq hissi kor ruhlarını, çolaq eyləmişdi vicdanlarını. Edam günlərində dar ağacında, Bir məhkum gözləri söküldüyündə, dalıb özlərinə səfil adamlar. Şəhvət dolu hisslə, Yorğun və düşgün, çürük damarları edərdi nalə. Bu kiçik canilər dar meydanlarda, Durub şaşqın- şaşqın, Baxırdılar onlar, fəvvarələrə. Bəlkə də əzilmiş gözlər içində, Qalmışdı yarıcan nəfəssiz təlaş. Ki o, istəyirdi son nəfəsində, Sular nəğməsi tək qutsal bir inanc, İnanc bağışlasın bezmiş canlara. Bəlkə də, bəlkə də, ancaq nə yazıq! Günəş ölmüşdü. Və kimsə bilmirdi ki, ürəklərdən, Uçan o pərişan, solqun göyərçinin adı eşq idi Adı sevgiydi. Ey dustaq fəryadı! Sənin ruhundakı umutsuzluğun, Böyük ehtişamı işığa doğru, Cığır açacaqmı bu qaranlıqdan? Ey dustaq çağrısı! Ey sönən, buzlaşan sonuncu fəryad…… *** Qəmsevər Payız tək olsaydım, kaş ki, payız tək, Payız tək səssiz və qəmli olsaydım. Dilək yarpaqlarım solardı bir-bir, Gözlərim günəşi buza dönərdi. * Köksümün göyləri qəmlə dolardı, Könlümü sarardı sərt fırtınalar. Və göz yaşlarım da yağmurlaşaraq, Yağıb ətəyimi edərdi ıslaq. * Nə gözəl olardı payız olsaydım, Zövqdən, ləzzətdən rəngə dolsaydım. Payızla dop-dolu baxışlarımda, Şair oxuyardı göylər şeirini. Yanımda isə, Bir aşiqin qəlbi alovlanardı. Gizlin dərdin odlu qığılcımında, Mənim mahnılarım, Qanadları qırıq yel nəğməsi tək, Qəm ətri saçardı xəstə ruhlara. Önümdə isə, Gəncliyin qışının acı siması, Arxamda isə, Yayın coşqun, sıcaq, qaynar sevgisi. Köksüm qəmə, dərdə, ümidsizliyə, Olardı sığınaq. Payız tək olsaydım kaş ki, payız tək... ***

17 Haziran 2018 Pazar

Nizami Gencevi


Gök kubbe altında bilgeliği ben,
Öğrendim yalnızca dil bilgisinden.
منم دانسته در پرگار عالم
به تصریف و به نحو اسرار عالم

18 Nisan 2018 Çarşamba

Nizami Gencevi


Güvende olmazsan kötülük etsen,
Doğa ceza verir, anlamış ol sen.

21 Ekim 2017 Cumartesi

Mevlana:


Düşünce ve düşten oluşmaktasan,
Gerisi kemiksen, etsen de ve kan.

26 Haziran 2017 Pazartesi

Hafiz


 Ey yaxşıların şahı, feryâd bu teklikden,
Cânım sıxılar oldu, imdada gel ey yar sen.
ای پادشه خوبان داد از غم تنهایی
دل بی تو به جان آمد، وقت است که باز آیی
Ey üzün uçmaq dodâğın selsebil,
Selsebilin könlümü etmiş sebil.
ای رخت چون خلد و لعلت سلسبیل
سلسبیلت کرده جان و دل سبیل
Uçmaq-cennet

30 Kasım 2016 Çarşamba

Mesnevi çeviri


Bezek arkasınca koşan sevgiler,
Değil aşk, gerçekte iğrençliktiler
Görüntünün olası içeriği: yazı

13 Eylül 2016 Salı

Mevlanadan çeviri

Mevlanadan çeviri:
İnsanın ilk ihtiyacı hep yemek,
Çün yemeksiz eyləm olmaz eylemek.
Canımız heyvan canından fazla çox
Çünkü bizde bilgi var da onda yox
Canı anlamlandılran çün bilgidir
Bilgisiz can ey könül, boş ilgidir.
آدمی اول حریص نان بُوَد
زانکه فوت و نان ستون جان بُوَد
جان ما از جان حیوان بیشتر
از چه، زآنرو که فزون دارد خبر
اقتضای جان چو ای دل آگهیست
هر که نا آگه بُوَد جانش تهیست

2 Aralık 2014 Salı

Mevlana



Ağil xocasına vardım dün gecə,
Dedim iltifat et, gizəmlər söylə!
Dedi deyildir o, söyləniləsi,
                       O, bilinəsidir yalnızca öylə.



با پیر خرد نهفته می گفتم دوش
کز من سخن از راز جهان هیچ مپوش
نرمک نرمک مرا همی گفت بگوش
دانستنی است، گفتنی نیست خموش

7 Eylül 2014 Pazar

Viktor Xava



Viktor Xara:


Oxumaq üçün deyildir oxumalarım,
Səsimi sunmaq üçün də deyildir,
Deyildir bunlar.
Duyqu dolu gitaramın bəstələdiyi kimi,
mən o şeiri avazla oxuyuram.
Çünkü gitarımın yer kürəsində çırpınan bir ürəyi vardır.
Quşlar kimi uçar gitaramın səsi.
Axar su kimi,
Qəhrəmanların yorqun bədənlərini yuyar gitaramın səsi.
Mənim şərqilərim öz amacını bulmuşdur.
Doğru, gitaram bir işçidir,
Yazın bağrından yoğrulan səsi gözəl qoxu fışqırdar çevrəyə.
Mənim gitaramı cinayətkar dövlət adamları sevməzlər.
Onlar güc və altun düşkünləridirlər.
Mənim gitaram şərqiləri ilə 
gələcəyi aydınlığa qovuşdurucaq olan,
işçilərin çağrılarıdır. 
Gitaramın ürəyi güclü olaraq çırpındığında
Ahəngləri anlamlı olur.
Bu şərqiləri oxuyan kişi,
Fədakarcasına qəhrəmanlıq edər.
Mənim şeirim kimsəni mədh etməz.
Biganənin ağlaması üçün şeir yazmıram.
Ölkəmin uzaq bir bölgəsində,
unudulmuş insanlar üçün şeir yazıram.
Yol deyil, kiçik bir cığır olsa da şeirim,
Dərinliyinin sonu yoxdur.
Mənim şeirim hər şeyin başlanqıcı və sonudur.
Ərdəm və fədakarlıqla doludur şeirim.
Hər zaman canlı və hərəkətdə olan şeirim.

3 Temmuz 2014 Perşembe

Əttar



Fəridəddin Əttar Nişaburi:

Bir mürid, mürşid yanında anbaan,
“Haqq” deyə söyləndi də həp durmadan.
Böylə söyləndi müridin üstadı:
Yox həqiqətdə O´nun heç bir adı

24 Haziran 2014 Salı

Mövlana mesnevi




Canımız heyvan canından fazla, çox,
Çünkü bizdə bilgi var da, ondan yox.
Canı mənalandıran həp bilgidir,
            Bilgisiz can ey könül boş ilgidir.

25 Ekim 2012 Perşembe

Mevlanadan tərcümə




Sən sərxoş u, mən sərxoş, nərdə oluyor xanə?
Bin kəz dedim ey dilbər, az nûş elə peymanə.
Bu şəhrdə mən bir kəs, uslu[1] görəməz oldum,
Hər kəs digərindən sərt, çılqındı və divanə.
Gəl-gəl bu örənlikdə[2], can ləzzətini gör gil!
Can xoş ola bilməz ki, bisöhbəti-cananə.
Hər kûçədə bir sərxoş, hər gûşədə bir çılqın,
Əldə tutuyor sâqi, bir sâğəri-şahânə.
Sən vəqfi-xərabat ol, dəxlin mey u xərcin mey,
Ağıllılara vermə, bundan biricik dânə.
Ey çılqın ozan söylə, sən örtülüsən, ya mən?
Sən tək dəli yânında, mən sanki bir əfsânə.
Evdən dışarı vardım, bir sərxoşa tûş oldum,
Gördüm də baxışlarda, yüz gülşən u kaşanə.
San bir gəmi ləngərsiz, aşmaqdadı tufanda,
Qalmış ona həsrətdə, yüz âqil u fərzânə.
Sordum nərədənsin sən?, rişxənd[3] ilə söyləndi:
Yârım ulu Türküstan, yârımda ki, Fərqânə.
Qismən su və torpaqdan, qismən ürək u candan,
Yârım qıyıdan[4] yalnız, yârımda ki dürdânə.
Sən gəl bana yoldâş ol, bən həm sənim ey dilbər,
Söyləndi ki, bən bilməm, öz kimdi də bigânə.
Mən kəndimi qaybetdim, meyxânədəyim artıq,
Bir köks sözüm vardır, de, anlatıyım ya nə?[5]
Sərxoşça görünmən xoş, sanki bir ağacsın sən,
Bax gör necə hayqırdı, ən sonda bu hənnânə.[6]
Şəms-ül həqi Təbriz sən, gizlənmə bu milətdən,
Mâdâm ki, salmışsan, yüz fitnə və fəttânə.[7]



[1] Uslu- ağıllı
[2] Örənlik-xərabə.
[3] Rişxənd- alay edərcəsinə.
[4] Qıyı- sahil.
[5] Ya nə- yoxsa yox?
[6] Hənnanə- Hz. Məhəmmədin ona dayanaraq qonuşduğu ağac.
[7] Fəttanə- fitnəci

26 Temmuz 2012 Perşembe

Furuğ Fərruxzad


Furuğ Fərruxzad
Çevirdi: Güntay
Qəmsevər
Payız tək olsaydım, keşkə payız tək,

Payız tək səssiz və qəmli olsaydım.
Dilək yarpaqlarım solardı bir-bir,
Gözlərim günəşi buza dönərdi.
******
Köksümün göyləri qəmlə dolardı,
Könlümü sarardı sərt fırtınalar.
Və göz yaşlarım da yağmurlaşaraq,
Yağıb ətəyimi edərdi ıslaq.
******
Nə gözəl olardı payız olsaydım,
Zövqdən, şövqdən rəngə dolsaydım.
Payızla dop-dolu baxışlarımda,
Şair oxuyardı göylər şeirini.
Yanımda isə,
Bir aşiqin qəlbi alovlanardı.
Gizlin dərdin odlu qığılcımında
Mənim şərqilərim....
Qanadları qırıq yel nəğməsi tək,
Qəm ətri saçardı xəstə ruhlara.
Önümdə isə,
Gəncliyin qışının acı siması,
Arxamda isə,
Yayın coşqun, sıcaq, qaynar sevgisi.
Köksüm qəmə, dərdə, ümidsizliyə,
Olardı sığınaq.
Payız tək olurdum keşkə payız tək...

Günəşli olur

Yaxşı bax, gözlərim dərinliyində,
Gör necə əriyir qəm damla-damla.
Bax gör necə, qara üsyankar kölgəm,
Günəşin əlində əsir olmuşdur.

Bax, bütün varlığım viranələşir,
Bir qığılcım məni çəkir içinə
Mənə tələ qurur, məni yüksəldir.

Bax, mənim göylərim,
Parlaq ulduzlarla dolub daşmışdır.

Sən gəldin uzaqdan, çox uzaqlardan,
Işıqlar, qoxular ölkələrindən,
Oturtmusan məni kiçik qayıqda
Ey mənim ümidim, mənim sevimlim
Apar məni, apar, çox uzaqlara
Apar da coşqu və şeir ölkəsinə

Ulduz dolu yolda yürüyüb getdik
Ulduzdan yüksəyə qaldırdın məni
Gör necə ulduzlar yaxmış canımı
Hərarətim var
Qırmızı balaca balıqlar kimi
Göllərdən gecələr ulduz dərdim mən.
Mavi səmaların bu köşklərinə
Uzaqlar nə qədər uzaqmış öncə
Sənin səsin indi yenidən gəlir
Qulaqlarıma
Mələklərin parlaq qanadlarının səsi duyulur
Bax gör ki, mən hara yüksəlmişəm, bax!
Kəhkəşanlara, sonsuqluqlara, əbədiyətə.

Madam sonsuzluğa yüksəlmişik biz
Şərab dalqasıyla məni çimizdir.
Məni öpüşünün ipəyinə bük!
Uzun gecələrin səssizliyində
Məni arzula, məni xatırla!
Məni ulduzlardan ayırma daha,
Məni buraxma!

Gecə,
damla-damla əriyir şam tək
Sənin dadlı-şirin laylalarınla
Mənim gözlərim
Yuxu şərabıyla dop-dolu olur,
Şeirimin beşiyi üstünə bir bax!
Sənin nəfəsinlə aydınlıq olur,
Sənin nəfəsinlə günəşli olur.
24. 07. 2012

Cavab
Tanrı bizim üçün gülümsəyirdi,
Bilməsək də O´nun mərhəmətini.
Arxada gizlincə şarab içmədik.
Qara cübbə geyən mollalar kimi,

Alın, günahlardan qaralar, deyil-
Səccadəyə alın yapışdırmaqdan.
Tanrının adını çəkməmək yaxşı-
Allah-Allah deyib xalqı soymaqdan.

Üzülmərik bir gün şeyx fitva verib,
Cənnət qapısını bizə qaparsa
Bizi kədər ilə yoğuran Tanrı
Açar da qapını rəhməti varsa.

Fırtınalar yudu sevincimizi,
Dəniz ortasında dayanan dağız.
Köksümüz Tanrının evi, qorxmarıq,
Qalsaq da tufanlar önündə yalnız.

Bizim könlümüzdən qopan qığılcım,
Şeyxın üzərinə düşüb yaxarsa,
Eşqin atəşində yanan bizləri,
Suçlu adlandırmaz, sevgisi olsa.

Bizim eşqimizi kötümsəyərək,
Adamlar iftira yayar, sevimsiz.
Ölməz, ürəyində sevgi olanlar
Varlıqdan silinməz bizim eşqimiz.
26. 07. 2012
Saat 22. 30



Qəm çiçəyi

Şadam həsrətində yandığım üçün,
Sənin xəyalınla ağlamaq xoşdur.
Sənə qovuşduqdan sonra, böyləcə,
Ölümsüz eşqinə ağlamaq xoşdur.

Sən öylə düşündün, ayrılarsaq biz,
Sənin xəyalını tərk edərəm mən.
Mən də heyrətdəyəm hər gecə-gündüz,
Könlümün səni tərk etməzliyindən.

Duyuram ırmağın acılarını,
Gecələr bağçada tək dolaşarkən.
Mənim həsrət dolu hayqırışlarım,
Irmaq ağrısıyla qaynaşır həmən.

Bir gecə səssizcə sahildə otur,
Mənim dərdlərimi duyarsan açıq.
Gecə öz kölgənə baxdığın zaman,
Qərarsız ruhumu görərsən açıq.

Səhərin sərincə əsən yeliylə
Şərqi bəstələyib sənə göndərdim.
Göylərdə parlayan ulduzam, sənin-
Damının üstünə ışınlar sərdim.

Dağlar aramıza divar hörsə də,
İnan ki, mən buna heç üzülmərəm.
Mən bir gövərçinəm, yalnızbaşıma,
Uçub dənizlərdən varıb keçərəm.

Quru budaq kimi həsrətində mən,
Tutuşub yavaşça yanmaqdan şadam.
Sənin şəhərinin günəşi ilə,
Bədənim isinib, qavrılmış tamam.

Könlümdə ölməzdir sənin xatirən,
Sən mənim ilk eşqim, sevgi dünyamsan,
Xatirən sevimli payız kimidir,
Türlü-türlü rənglər göstərmiş olan.

Burax, qara cübbə geyən mollalar,
Desinlər haqqımda sözlər çirkincə.
Buna üzülmərəm, düşünürəm ki,
Şeytan yaratmışdır onları məncə.

Ancaq mən gerçək bir qəm çiçəyiyəm,
Sənin xatirənlə təravətim var.
Səssiz gecələrdə, yalnız dünyamda,
Xəyallarım səni yenidən qurar.
26. 07. 2012
Saat 24


17 Temmuz 2012 Salı

Bulaq və daş



Məlik-üş Şüəra Bəhar
Bulaq və daş
Sal dağdan ayrıldı coşğun bir bulaq
Böyük bir daş ilə qarşılaşaraq
Astaca söylədi: “Ey mehriban daş,
Yol ver burden keçim mən yavaş-yavaş.”
Ancaq qəlbi qara namehriban daş
Onu vurub dedi: “Burdan uzaqlaş!
Sellər qarşısında tərpənmədim mən,
Sən kimsən, çəkilim sənin önündən?”
Daşın cavabından sınmadı bulaq,
Torpağı qazmağa başladı ancaq.
Xeyli zəhmət çəkib təlaş edərək,
O daşın böyründən yol açdı gerçək.
Zəhmətlə hər şeyə yetərsən yəqin,
Zəhmət zinətidir bəşəriyətin
Hər zaman ümidlə zəhmətə qatlaş!
Ümidsizliklərdən ölüm verər baş
Sarsılmaq bilməsən işdə hər zaman
Çətin işlərində olacaq asan.
Ərdəbil- 1987

Simin Behbehani


Simin xanım Behbehani
Həyat qanımızla qarışmış bizim
Umudsuzluqları ruhumuz dandı
Bir ənqa* od tutub yandıysa, onun
Külündən başqa bir ənqa yarandı
*
Cismimiz bir dağdır, vüqarlı bir dağ
Dağa təsir etməz nə sel, nə də su
Ruhumuz dənizdir, coşğun bir dəniz
Dənizin tufandan yoxdur qorxusu
*
O qədər ev yıxan qüdrətli sellər
Gəlib dənizlərdə tutdular qərar
Şöhrət çün bir işi görən kimsələr
Biz dahilər ara itib-batdılar.
1987-Ərdəbil
· Ənqa- əfsanəvi quşdur. Yaşlandığında çıxıb bir uca dağın başında od tutub yanar və külündən gənc bir ənqa doğar. 

Pərvin Etisami


Pərvin E´tisami
Qəzəl
Xoşdürür kim sinədə dürri məani saxlamaq
Yox olurkən leyk ömrü cavidaani saxlamaq
Əqlilə evraqi dünyaya girərkən ey könül
Eşqi də bir giz kimi içdə nihaani6 saxlamaq
Can bağında anbaan əkmək gərək min türlü rəng
Ol könül baağında yetkin baağbaanı saxlamaq
Eşq üçün bəslər ikən sirlərlə dolğun bir könül
Ərməğan ol yar üçün sevdalı caanı saxlamaq
Mənəviyyat aləmində parlayarkən gün kimi
Zülmətin bağrın dələn nuuri xüdaani saxlamaq
Batilə meyl etməz oldun Pervin ol üzdəndi kim
Məhrəmi yaar oldun, ol mülki bəqaani saxlamaq
1. Xoşdürür- xoşdur
2. Məani-mə´nilər
3. Leyk- ancaq
4. Evraq-vərəqlər- səhifələr, Dünya işləri
5. Giz- sirr
6. Nihani- gizlin
7. Bəqa- əbədi var olan

10 Haziran 2012 Pazar

Ladan İskəndani



  

Deyirlər günahdır badəpərəstlik,
Badədən doluşar canlara məstlik.
Doğruluq doğuran sərxoşluq xoşdur,
Bu bir yüksəlişdir, deyildir pəstlik.
Pəstlik-alçaqlıq


گويند گناه است دمي باده پرستي
از باده شود در سر وجانها همه مستي
مستي كه در آن صدق سخن گشت پديدار
 پس اين گنهي نيست در اين عالم هستي

8 Haziran 2012 Cuma

Söhrab Sipehri





Söhrab Sipehri
Tərcümə: Güntay Gəncalp


Gecənin bataqlığında

          Uzunca zamandır bu yalnızlıqda,
          Səssizlik boyası var dodağımda.
          Uzaqdan çağırır bir səs, ancaq ki,
Ayağım ilişmiş qaranlıqlarda.
*
İynə ucu boyda dəlik də yoxdur,
Divarlar, qapılar hörülmüş çox sərt.
Zindandan qurtulmuş kabusdur sanki,
Yerlərdə sürünən kölgələr, əvət.
*
Nəfəslər darqındır, nəfəslər solqun,
Üzlərdə sevinc və təravət ölmüş.
Bu tutqun havada həyat izi yox,
Mutluluq məchul bir yerdə gömülmüş.
*
Gecənin görünməz sehirli əli,
Qapını üzümə möhkəmcə örtür.
Nə qədər vurnuxub, çabalasam da,
Gecə rişxənd ilə üzümə gülür.
*
Gündüz düşündüyüm düşüncələri,
Gecə yoldan gəlib tüstüyə boğdu.
Gecələr uçuşan xəyallarımı,
Gündüz ışığıyla yoxluğa soxdu.
*
Boyanmış səssizlik boyası ilə,
Mənim tək hər kəsin dodağı əvət.
Ayaqlar gecənin bataqlığında-
Bağlanmış, kimsədə yox bir hərəkət.
05.06.2012

Ilğım*

Hava günəşlidir və bozqır** geniş,
Orda nə bir bitki, nə bir ağac var.
Quzğun səsi vardır orada yalnız,
Bozqırdan çəkilib getmiş mahnılar.
*
Tozlardan hörülmüş pərdə dalında,
Titrək qara nöqtə vardır uzaqda.
Yolunu itirmiş bir insandır o,
Yol axtarmaqdadır, yorqun ayaqla.
*
İşdən düşmüş artıq yorqun bədəni
Görünmür gözləri tozdan, torpaqdan
Susuzluq qurutmuş dodaqlarını,
Çılpaq ayağını dalamış tikan.
*
Üfüqlərə doğru yürüdükcə o,
Görünür gözünə uzaqlarda su.
Bir az yürüdükdən sonra görür ki,
Görünən su deyil, sanki bir yuxu.
06.06.2012


Qaranlıq meyvə
Yağmurlu ağaclar ışıq içirdi,
Sardı yaşıllığı titrək bir nəfəs.
O, gəldi bağçaya içində ışıq,
Yox oldu kölgəsi mahnı deyərək.
*
Budaq baş əymişdi ona, sərxoşça,
Yarpaq dünyasından o isə, üstün.
Bağçada coşurdu yaşıl duyqular,
Onunsa köksündə sevinc büsbütün.
*
Meyvəsinin rəngi qorxu rəngində,
Bir ağac canlandı onun yolunda.
Onunsa düşündə*** dolaşdı bir sirr
O, bunu görmüşdü bir yuxusunda.
*
Əlləri titrədi, qorxdu ağacdan,
Meyvə dərmək üçün ağaca vardı.
Qorxunu yenərək öz içində o,
Varıb da ağacdan meyvə qopardı.
08.06.2012.


Müəmma quşu

Bu çinar üstündə uzun zamandır,
Müəmma rəngində bir quş oturmuş.
Onun səsi heç bir rəngə bənzəməz,
Mənim tək onu da yalnızlıq sarmış.

Səssizlik içində burxulub qalmış,
İçi tufanlarla dolu olsa da.
Sözlə dolu sükut qırılsa bir gün,
Bu ev tam olaraq gedəcək bada.

Səsini içində boğsa da o quş,
Onun səssizliyi səslə doludur.
Anılar gözünün önündən keçir,
Gövdəsi yuxunun görüntüsüdür.

Darlıqdan qurtulmuş onun qanadı,
Həyat uzaqlarda bir sərab sanki
Düşmüşdü divara yorqun kölgəsi,
Divarın üstündə uyuyan kimi.

Baxışları dalmış dərin düşlərə,
Gözlərindəki də deyildir həvəs.
Onun sükutuyla bağlantım vardır
Gözləri kiməsylə söhbət eyləməz.

Könüldə yol gedər bu quş öyküsü
Qəlbə yerləşməyən, bir xəyaldır boş.
İtkin şəhərlərlə ilintisi var,
Bu yerdə qəribdir, müəmmalı quş.
20. 07. 2012


Tüstü dumanlanır

Tüstü dumanlanır səssizliyimdən
Kimsə xəbər tutmaz viran dünyamdan
Yanmış ürəyimlə danışıram mən
Bu əfsanə bilməm bitər nə zaman?

Gecə ətəyindən əlimi çəkdim
Səhərin saçına bürünüm deyə
Üzməyi bilmədən sahildən atdım
Özümü dənizin dərinliyinə

Divarın üstündə kimsə görmədi
Məğlublar rəngindən başqa bir boya
Xəyalın gözləri axır sürəkli
Ümidə bağlanar bəlkə doğruca

Karvan getmiş və mən qalmışam yalnız
Bu mənzilə ayaq basdığım gündən
Bu atəş içində canım yansa da
Ancaq yaxılmağa könül verdim mən

Səhər gülümsəyir şəhər yoluna
Qaranlıq sürünür evlər üstündən
Yaxılmış könlümün sözü var xeyli
Tüstü dumanlanır səssizliyimdən
20. 07. 2012


Qəmli qəm
Soyuq bir gecədir və mən kədərli
Yollar çox uzaqdır mən isə yorqun
Çıraqlar ölmüşdür, hər yan qaranlıq

Və mən yol gedirəm yalnız başıma
Adamlar arxada qalmış, uzaqda
Divarın üstündən keçdi bir kölgə
Artırdı qəmimin üstünə bir qəm

Qaranlığın fikri və bu viranə
Gizlin əfsanələr uyudurmaq üçün
Səssizcə yürüyüb girdi könlümə

Yoxdur heç bir rəng ki, mənə söyləsin
Səbirlə bəklə də, yoldadır səhər
Bəzən içərimdən qopur bu fəryad:
Necə də qaranlıq olmuş bu gecə!

Hardadır könlümü isidən gülüş?
Hardadır dənizə düşəcək damla?
Hardadır arxamda duracaq qaya?

Sanki gecə bir az rütubətlidir
Bir çox insanların könlündə qəm var
Ancaq mənim qəmim, daha qəmlidir.
20. 07. 2012


Soyuq qanlı

Paslanmışdır artıq mənim hekayəm
Gecə nəfəsiylə bağlantım vardır
Onun dodağına ışıq qonarsa
Könlüm sanar onu dadlı gülücük

Böylə sorar onun xumar gözləri:
Qəlbə ışıq verən çıraq hardadır?
Kədərlənən hər kəs mənə söylədi:
Hardadır könlümü yandıran atəş?

Kərpiçlər sökülüb düşür divardan
Artıq bu divarı onarmaq olmaz
Onu sökmək üçün külüng gərəkməz
Sel gəlib divarı tamam yıxacaq

Keçir də zamanın ıslaq küləyi
Bizim gövdəmizin rəngi tökülür
Bu evin tavanı uçmaq üzrədir
Uçub töküləcək başımıza tam
20. 07. 2012



* Ilğım-sərab
** Bozqır- çöllük, biyaban.
*** Düş-xəyal.