Blog Listem

10 Haziran 2011 Cuma

Üzündəki qızıl gül


Jan Jino (Fransa)
Mən bağçanın güllərini suvaranda
Sən eyvanda oturmuşdun
Uca səslə bir şeirimi oxuyurdun:
"Həyat seçmək
Könül vermək, könül almaq
ve sevməkdir, sevilməkdir"
Mən güllərin üzərinə su çilədim
Və sonra da qalan suyu çilim çilim
Üzərinə çilədim mən
Sən etiraz eyləyərək dedin: "Niyə, bu ne işdi?"
Mənsə cavab verdim sənə
Gülə gülə:
"Gözəl pərim
Yoxsa sənin üzündəki qızıl güllər
Suvarılmaq istəmirlər?"

Şandur Petufi

Şandur Petufi
1.
Bizim həyatımız (Məcaristan)
Sən baharı sevirsən
Mən payızı sevirəm
Sənin həyatın bahar
Mənim həyatım payız
Sənin al yanaqların
Baharın qızıl gülü
Mənim yorğun gözlərim
Payızın solğun günü
Bircə addım irəli götürsəydim əgər mən
Sərt qışın buz bağlamış qapısına çatardım
Bircə addım irəli götürsəydin əgər sən
Bircə addım geriyə qayıtsaydım əgər mən
Bir birə ulaşardıq
Sevimli yay fəslində
Nə sən irəli gəldin
Nə mən geriyə döndüm
Sənin həyatın bahar
Mənim həyatım...
2. 
Məcaristanın istiqlalı
Yuxumda gördüm mən müharibəni
Məcarları hərbə çağırırdılar
Hərbə çağrış üçün gəzdirirdilər
Qanlı bir qılıncı diyarbadiyar
 
Bu qanlı qılıncı görcəyin bütün
Damarlarda qeyrət qanı qaynadı
Pul üçün deyildi bu mübarizə
Azadlıq, istiqlal hədəfin adı
 
O gün sənlə mənim toy günümüzdü
Hazırlıq görürdük toya sevgilim
Mənsə toy fikrimi deyişdim çünkü
Məni de savaşa çağrırdı elim
 
Nə qədər çətindir toy günü ancaq
Həyatdan əl üzmək, bil sevgilim sən
Tale belə sevsə mən can verərəm
Məndən can istərsə anamız vətən
 
Ölmək el yolunda, vətən yolunda
Nə qədər müqəddəs, nə qədər yüksək
Bütün ləzzətlərdən mənalı, üstün
Ölümlə həyatdan səmər götürmək