Blog Listem

25 Ekim 2012 Perşembe

Mevlanadan tərcümə




Sən sərxoş u, mən sərxoş, nərdə oluyor xanə?
Bin kəz dedim ey dilbər, az nûş elə peymanə.
Bu şəhrdə mən bir kəs, uslu[1] görəməz oldum,
Hər kəs digərindən sərt, çılqındı və divanə.
Gəl-gəl bu örənlikdə[2], can ləzzətini gör gil!
Can xoş ola bilməz ki, bisöhbəti-cananə.
Hər kûçədə bir sərxoş, hər gûşədə bir çılqın,
Əldə tutuyor sâqi, bir sâğəri-şahânə.
Sən vəqfi-xərabat ol, dəxlin mey u xərcin mey,
Ağıllılara vermə, bundan biricik dânə.
Ey çılqın ozan söylə, sən örtülüsən, ya mən?
Sən tək dəli yânında, mən sanki bir əfsânə.
Evdən dışarı vardım, bir sərxoşa tûş oldum,
Gördüm də baxışlarda, yüz gülşən u kaşanə.
San bir gəmi ləngərsiz, aşmaqdadı tufanda,
Qalmış ona həsrətdə, yüz âqil u fərzânə.
Sordum nərədənsin sən?, rişxənd[3] ilə söyləndi:
Yârım ulu Türküstan, yârımda ki, Fərqânə.
Qismən su və torpaqdan, qismən ürək u candan,
Yârım qıyıdan[4] yalnız, yârımda ki dürdânə.
Sən gəl bana yoldâş ol, bən həm sənim ey dilbər,
Söyləndi ki, bən bilməm, öz kimdi də bigânə.
Mən kəndimi qaybetdim, meyxânədəyim artıq,
Bir köks sözüm vardır, de, anlatıyım ya nə?[5]
Sərxoşça görünmən xoş, sanki bir ağacsın sən,
Bax gör necə hayqırdı, ən sonda bu hənnânə.[6]
Şəms-ül həqi Təbriz sən, gizlənmə bu milətdən,
Mâdâm ki, salmışsan, yüz fitnə və fəttânə.[7]



[1] Uslu- ağıllı
[2] Örənlik-xərabə.
[3] Rişxənd- alay edərcəsinə.
[4] Qıyı- sahil.
[5] Ya nə- yoxsa yox?
[6] Hənnanə- Hz. Məhəmmədin ona dayanaraq qonuşduğu ağac.
[7] Fəttanə- fitnəci