Sən sərxoş u, mən sərxoş,
nərdə oluyor xanə?
Bin kəz dedim ey dilbər, az
nûş elə peymanə.
Bu şəhrdə mən bir kəs, uslu[1]
görəməz oldum,
Hər kəs digərindən sərt,
çılqındı və divanə.
Gəl-gəl bu örənlikdə[2],
can ləzzətini gör gil!
Can xoş ola bilməz ki,
bisöhbəti-cananə.
Hər kûçədə bir sərxoş, hər
gûşədə bir çılqın,
Əldə tutuyor sâqi, bir
sâğəri-şahânə.
Sən vəqfi-xərabat ol,
dəxlin mey u xərcin mey,
Ağıllılara vermə, bundan
biricik dânə.
Ey çılqın ozan söylə, sən
örtülüsən, ya mən?
Sən tək dəli yânında, mən
sanki bir əfsânə.
Evdən dışarı vardım, bir
sərxoşa tûş oldum,
Gördüm də baxışlarda, yüz
gülşən u kaşanə.
San bir gəmi ləngərsiz,
aşmaqdadı tufanda,
Qalmış ona həsrətdə, yüz
âqil u fərzânə.
Sordum nərədənsin sən?,
rişxənd[3]
ilə söyləndi:
Yârım ulu Türküstan,
yârımda ki, Fərqânə.
Qismən su və torpaqdan,
qismən ürək u candan,
Yârım qıyıdan[4]
yalnız, yârımda ki dürdânə.
Sən gəl bana yoldâş ol, bən
həm sənim ey dilbər,
Söyləndi ki, bən bilməm, öz
kimdi də bigânə.
Mən kəndimi qaybetdim, meyxânədəyim
artıq,
Bir köks sözüm vardır, de,
anlatıyım ya nə?[5]
Sərxoşça görünmən xoş,
sanki bir ağacsın sən,
Bax gör necə hayqırdı, ən
sonda bu hənnânə.[6]
Şəms-ül həqi Təbriz sən,
gizlənmə bu milətdən,
Mâdâm ki, salmışsan, yüz
fitnə və fəttânə.[7]