Blog Listem

31 Mayıs 2010 Pazartesi

Oktavio Paz






Söz və azadlıq
Oranın uzaqlığında
sınırların, ayların bitdiyi oranın uzaqlığında
Sənsizliyin başladığı yerdən
İrəliyə doğru addımlayıram yavaşca
Ulduzlarla, şeirlə, uzaq dənizlərdə məni bəkləyən suların nəfəsi ilə.
Gecəyə anlam qazandırıram
Dan yerinin söküldüyü orada.
Və səhərlə qarşılaşıram.
Günbatan çağını yaradıram
yenə də qaranlıq öz daş yatağından qalxır
Xumar gözləri yorğunca dərin bir yuxu üçün bütün dünyaya dalır.
Mən ağacı
Buludları, qayaları, öngörü zövqünü
Günəşin ışınları parlamadan öncə tərəddüdlü görünən
Və aydınlıqda məhv olan yalanı qəbul edirəm.
Daha sonra
Quraq dağları
Zığlı kəndləri
Kiçik və gözəl gölməçənin varlığını
Bibərin sevgisizliyini və yandırıcılığını
Mənə daş atan yüngülağıl uşaqları
Məni ittiham edən kinli adamları
Və qorxunu
İçimə sindirirəm.
Umudu
Gündüzün yarısını
Günəşin həyəcanlı parlaqlığını
Və öz ərlərinin erkəkliyini məhv edib zövqsüzləşdirən qadınları.
Mən
yaxılmaq və bağırmağı yaradıram.
Gözəl mənzərələri
Zindanı
Bitləri
Siflis xəstəliyini
Sözbazları
Yapışqan və qan soran həşərələri
Səliqəsiz sevişmələri
Gecəyarısı bir məhkumu sorğu-suala tutmağı
Vicdan məhkəməsini
İttihamçını
Müttəhimi
Şahidi.
Diqqətlə baxacaq olsan
Bunların hər üçü də sənsən.
İndi sənin qurtarıcın kim olacaq?
Söz cadusunun hansı pıçıltıları ilə ittihamları rədd edəcəksən?
Ərizələr, istəklər, iddianamələr
Hamısı nəticəsizdir.
Bunlar məhkumluğun qapısını aça bilməzlər.
Bunlar darvaza deyillər, güzgüdürlər
Faydasız-
Yalnız əks etdirər.
Ya da xalqın içinə dönüş:
Bu aydınlıq heç bir zaman məni tərk etmir
Güzgüləri qıracağam
Öz təsəvvürlərimi param-parça edəcəyəm
Çünkü dan sökülüşündə müttəhim və ittihamçı bir-birlərini əyləndirirlər.
Bilgəliyin yalnızlığını və yalnızlığın bilgəliyini
Gündüzü su və çörəklə
Gecəni susuz
Qavrayıram
Kəndin quru torpaqları
Göz qapağı olmayan bir günəşin istisində məhv olmuşdur
Qorxunc bir baxışla.
Ah, ey bilgəlik!
Məhz indilikdə
Keçmiş və gələcək
Nə parlaqlıqla yatırlar,
nə də ümidlə.
Hər şey
Heç bir yerə çatmayan bu əbədiyətə doğru hərəkətdədir.
Oranın uzaqlığında
Yolların məhv olduğu
Sükutun susduğu yerdə
Mən ümidsizliyi kəşf edirəm
Mənə hamilə olan zehni.
Məni kəşf edən bir dostu kəşf edirəm
Tam mənə bənzəyir.
Və mənə heç bir bənzərliyi olmayan bir qadın
Mənim müxalifimdir:
Məndən süslənmiş və bayraqlarla bəzənmiş bir günbəz.
Mənim dalğalarımın ona doğru dırmaşdığı sahil
Mənim gözlərimin aydınlığı ilə
Yenidən abadlaşan xərabə bir şəhər.
Sükutun və bağırtıların ötəsində
Sözü tapıram.
Öz-özünü tapdığı azadlığı
Hər gün məni tapır.



Həyatın sonluluğu
Apar məni ey yalnızlıq,
Apar məni ey röyalar,
Apar məni, ana
Məni, sənin röyalarını görməyə zorla



Küçə
Səssiz və uzun bir küçə:
Qaranlıqda addımlayıram, ayaqlarım daşlara ilişir yıxılıram.
Qalxıram
və bir daha yıxılmayım deyə,
yavaş-yavaş, tam ehtiyatla addımlayıram.
Ayaqlarım səssiz daşlara toxunur, quru yarpaqlara batır.
Bir başqası da mənim arxamca daşlar və yarpaqlar üzərində addımlayır:
Mən yavaşca yerisəm, o da yavaşca yeriyir.
Mən qaçsam, o da qaçır.
Geri dönüb baxıram:
Kimsə yoxdur.
Qaranlıq bacasızdır
Daima küçəyə qovuşan
Bu bucaqdan o bucağa gedirəm.
Məni nə gözləyən
Nə də izləyən var.
Ancaq mən
Yerə düşüb-qalxan bir adamı izləyirəm.
Bu adam məni gördüyündə deyir:
Heç kəs.





23 Mayıs 2010 Pazar

Əxtər xanım Mərəndli


Gördüm ağlar gözünü qaana dönüşdü cigərim
Sənin ağlar gözünə qatlaşa bilməz bəsərim
Yanağından süzülən göz yaşı iiçiimi yaxar
Könlümün yanğınına şahid olar çeşmi tərim
Gül yanağında sənin göz yaşı axdıqca gülüm
San qızıl gül üzərində şehə düşdü nəzərim
Gördüm ol yarpağı solğunca görünməkdədi çün
Zülmətin diblərinə çökdü mənim həndəvərim
Göz yaşın gördüyüm andan qara gün oldu könül
Göz yaşın oldu buxar, sanki dumanlandı sərim
Göz yaşı solduracaqdır o ala gözlərini
Canıma qıymadadır sevdicəyim, şol xətərim
Ey könül ağlama gil, ağlamağın yox səməri
Qurtulan varmıdı göz yaşı ilə? Yox xəbərim
Gül gülüm, gül üzünə çox yaraşır çün gülücük
Sən gülərkən ucalar da, açılar bal ü pərim
Əxtərin şeiri sənin hüsnünə həsr olmuş idi
Göz yaşındandı yarandı, belə parlaq əsərim

20 Mayıs 2010 Perşembe

Gəvən və külək

Gəvən

Gəvən və külək



“Hara belə tələsirsən?”

Küləkdən soruşdu gəvən.

“Bezdim yaşamaqdan bu tozlu çöldə,

çıxmaq istəməzmisin sən də səfərə?”

söylədi külək.

“Çox istərdim mən də səfərə çıxım uzaqlara

Ancaq nə yazıq ki, mıxlanmış yerə ayaqlarım yara.”

söylədi gəvən.

“Sən hara qoşursan böylə?

Lütfən, külək söylə!”

“Buranın dışında olursa hara,

Gedəcəm ora,

yalnız bu çöllükdən bəlkə canım qurtara”

dedi külək qaça—qaça.

Köksü səfər həsrəti ilə dolu gəvən

sanki içi yaxılarcasına söyləndi həmən:

“Yaxşı yolçuluqlar sənə arxadaş,

ancaq səni Tanrı ey yolçu yoldaş,

Bu qorxunc qumsal çöllükdən sağlıqla

qurtulduqdan sonra

Uzaqlardakı güllərə və yağmura

Çatdır mənim sevgilərimi, unutma!”

Şəfi Kədkəni

Çevirdi: G.G

1 Mayıs 2010 Cumartesi

Şəmsi—Təbriz

Şəmsi—Təbriz

Köyündən çoxları gəlib gedərlər,

Həsrətdən göz yaşı səpib gedərlər.

Mən sənin vəfalı dostunam inan!

Özgələr külək tək əsib gedərlər.

*

Əgər başqasıyla bulunsam birdən,

Lönlümdə kimsəyə yer vermərəm mən.

Birinin günəşi batdığı zaman,

Önünə bir çıraq alar məcburən.

Baba Tahir Üryan

Baba Tahir Üryan

Bir vəsl ü biri hicran sevər hey

Bir dərd ü biri dərman sevər hey

Mənim könlüm bu istəklər içində

Onuu istər ki, həp canan sevər hey

Simin Behbehani

Simin Behbehani

Həyat sevgisi

Həyat qanımıza qarışmış bizim,

Umutsuzluqları ruhumuz dandı.

Bir ənqa od tutub yandıysa, onun,

Külündən başqa bir ənqa yarandı.

*

Cismimiz bir dağdır, vüqarlı bir dağ

Dağa təsir etməz nə sel, nə də su

Ruhumuz dənizdi, coşqun bir dəniz

Dənizin tuufandan yoxdur qorxusu

*

O qədər ev yıxan qüdrətli sellər

Gəlib dənizlərdə tutdular qərar

Şöhrət çün bir işi görən kimsələr,

Biz dahilər ara itib batdılar.

Ərdəbil 1987

Məlik üş Şüəar- Bahar

Bulaq və daş

Sal dağdan ayrıldı coşğun bir bulaq

Böyük bir daş ilə qarşılaşaraq

Astaca söylədi ey mehriban daş

Yol ver burdan keçim mən yavaş yavaş

Ancaq qəlbi qara təkəbbürlü daş

Onu vurub dedi: “Burdan uzaqlaş!

Sellər qarşısında tərpənmədim mən

Sən kimsən tərpənim sənin önündən”

Daşın cavabından sınmadı bulaq

Torpağı qazmağa başladı ancaq

Xeyli zəhmət çəkib təlaş edərək

O daşın böyründən yol açdı gerçək

Zəhmətlə hər şeyə yetərsən yəqin

Zəhmət ziynətidir bəşəriyyətin

Daima ümidlə zəhmətə qatlaş

Ümidsizliklərdən ölüm verer baş

Sarsılmaq bilməsən çalışmalardan

Çetin işlərin də olacaq aasan.
1987 Ərdəbil

Hafiz Şirazi- Qəm yemə!



Qəm yemə!
Yusifi bir gün görər bağrında Kən´an qəm yemə!
Hüzn evi ən son, olar tam bir gülüstan qəm yemə!
Dərdə batmış könlüm, heç əndişələnmə, bilmiş ol,
Buu düzənsizlik tapar bir nəzmi- asan qəm yemə!
Ömr yaazı gəldiyində gül çiçəkdən bir çələng,
Baaşına hörmüş olarsan mürği-xoşxan qəm yemə!
Ya bizim istək yolunda sürmədi çərxi-fələk,
Hər zaman bir yöndə getməz çərxi-dövran qəm yemə!
Gəl umudsuz olma, çün vaqif deyilsən qeybdən,
Pərdə arxaasında vardır sirri-pünhan qəm yemə!
Kə´bə eşqilə biyabanlarda sən düşsən yola,
İncidərsə caanını xari-məğilan qəm yemə!
Ey könül, sellər sökərsə varlığın ərkanını,
Rəhbərin Nuhdursa, tüğyan etsə tuufan qəm yemə
Yar yolunda biz rəqiblərdən nələr çəkdik, nələr,
Həpsini yaxşıı bilir ol hali-gərdan qəm yemə.
Gərçi mənzil çox xətərli, məqsəd olmuş çox uzaq,
Bilmiş ol kim, hər yol iiçin vardı paayan qəm yemə!
Sərt qaranlıqlarda, fəqr iiçində ömrün keçsə də,
Hafizaa, verdin sənin olmuşsa Quran qəm yemə!

Ğadə Əlsman— Suriyə



Ğadə Ələsman— Suriyə
Ğadə Elsəman— Suriyə
Mən bir insanam


*******************
Mənim evimə gəlsən,
Bir qələm gətir!
Üzümə qara çizgilər çizmək istəyirəm,
Qara xətlər çizmək istəyirəm ki,
gözəlliyimi gizlətmiş olum.
Çünkü bizim ölkəmizdə gözəllik suç sayılmaqdadır.
Gözəlliyim üzündən həbsə girmək istəməm.
Köksümdəki bütün həvəslərimə yasaq gətirim,
və bir daha əsla həvəslənməyim deyə,
qəlbimin də üzərinə bir çarpı işarəsi çizəcəyəm.
Bir silgi də gətir, unutma!
Təbiətin dodaqlarıma çəkdiyi qırmızı boyanı silib qaraldacağam.
Dodağımdakı qırmızılıqdan dolayı,
Qara gün olmaq istəməm.
Bir kürək gətir gəldiyində,
Qadınlıq duyqularımı içimdən qazmaq istəyirəm.
Bütün varlığımı qazmaq istəyirəm.
Böylə olduğunda cənnətə rahatca gedə biləcəkmişəm,
Güyaa!
Saçlarımı dibdən kəsmək üçün,
Bir ülgüç gətir!
Saçlarımı kəsmək istəyirəm ki,
baş örtüsüz dolaşa bilim insanlar arasında.
Saçlarımın gözəlliyi üzündən,
özgürlüyümü itirmək istəməm!
İynə-sap gətirməyi unutma!
Dilimi və dodaqlarımı tikmək istəyirəm.
Böyləsinə hayqırışlarım içimdə boğular.
“Özgürlük!” deyə çağıran bağırtılarımı kimsə duymaz.
Duyub da “şəriətdə qadının səsi duyulmamalı” deyə söylənməz.
Ən önəmlisi bir qayçı gətir!
Saqın qayçı gətirməyi unutma!
Düşüncələrimi qayçılamaq istəyirəm.
Yuyucu tozlar da gətir lütfən!
Beynimi yumaq istəyirəm.
Beynimi yuyub asılqandan asmaq istəyirəm.
Beynimdəki düşüncələrimi küləklər aparsın,
Şəriətin viran etdiyi çöllərə.
Bilirsənmi?
Gerçəkçi olmaq gərək.
Bulursan, səsboğan da gətir!
Sevip seçdiyim üçün fahişə adlandırıldığımda,
Səsimi və hayqırışlarımı boğazımda boğmaq istəyirəm.
Kimliyimin bir kopiyasını istəyirəm.
Din qardaşlarım,
Məni doğru yola "hidayət" etmək üçün aşağılayıb söydüklərində,
Kim olduğumu xatırlamaq istəyirəm.
Səni Tanrı...
Bir yerdə haqqın satıldığını görsən,
Mənim üçün al!...
Al ki, yeməyimə artırım onu.
Başqalarından öncə özüm öz haqqımı yemək istəyirəm.
Sonunda paran qalarsa,
Mənə boyunbağı şəklində bir plakard al!
Boynuma asmaq,
və üzərində iri xətlərlə yazmaq istəyirəm:
Mən insanam,
Mən şəriət vurmuş bir qadınam.
Mən hələ də bir insanam.
Mən hər gün bir insanam.
                                                                                    11.10.2010 
                                                                                  Çevirdi: G. G