Blog Listem

26 Temmuz 2012 Perşembe

Furuğ Fərruxzad


Furuğ Fərruxzad
Çevirdi: Güntay
Qəmsevər
Payız tək olsaydım, keşkə payız tək,

Payız tək səssiz və qəmli olsaydım.
Dilək yarpaqlarım solardı bir-bir,
Gözlərim günəşi buza dönərdi.
******
Köksümün göyləri qəmlə dolardı,
Könlümü sarardı sərt fırtınalar.
Və göz yaşlarım da yağmurlaşaraq,
Yağıb ətəyimi edərdi ıslaq.
******
Nə gözəl olardı payız olsaydım,
Zövqdən, şövqdən rəngə dolsaydım.
Payızla dop-dolu baxışlarımda,
Şair oxuyardı göylər şeirini.
Yanımda isə,
Bir aşiqin qəlbi alovlanardı.
Gizlin dərdin odlu qığılcımında
Mənim şərqilərim....
Qanadları qırıq yel nəğməsi tək,
Qəm ətri saçardı xəstə ruhlara.
Önümdə isə,
Gəncliyin qışının acı siması,
Arxamda isə,
Yayın coşqun, sıcaq, qaynar sevgisi.
Köksüm qəmə, dərdə, ümidsizliyə,
Olardı sığınaq.
Payız tək olurdum keşkə payız tək...

Günəşli olur

Yaxşı bax, gözlərim dərinliyində,
Gör necə əriyir qəm damla-damla.
Bax gör necə, qara üsyankar kölgəm,
Günəşin əlində əsir olmuşdur.

Bax, bütün varlığım viranələşir,
Bir qığılcım məni çəkir içinə
Mənə tələ qurur, məni yüksəldir.

Bax, mənim göylərim,
Parlaq ulduzlarla dolub daşmışdır.

Sən gəldin uzaqdan, çox uzaqlardan,
Işıqlar, qoxular ölkələrindən,
Oturtmusan məni kiçik qayıqda
Ey mənim ümidim, mənim sevimlim
Apar məni, apar, çox uzaqlara
Apar da coşqu və şeir ölkəsinə

Ulduz dolu yolda yürüyüb getdik
Ulduzdan yüksəyə qaldırdın məni
Gör necə ulduzlar yaxmış canımı
Hərarətim var
Qırmızı balaca balıqlar kimi
Göllərdən gecələr ulduz dərdim mən.
Mavi səmaların bu köşklərinə
Uzaqlar nə qədər uzaqmış öncə
Sənin səsin indi yenidən gəlir
Qulaqlarıma
Mələklərin parlaq qanadlarının səsi duyulur
Bax gör ki, mən hara yüksəlmişəm, bax!
Kəhkəşanlara, sonsuqluqlara, əbədiyətə.

Madam sonsuzluğa yüksəlmişik biz
Şərab dalqasıyla məni çimizdir.
Məni öpüşünün ipəyinə bük!
Uzun gecələrin səssizliyində
Məni arzula, məni xatırla!
Məni ulduzlardan ayırma daha,
Məni buraxma!

Gecə,
damla-damla əriyir şam tək
Sənin dadlı-şirin laylalarınla
Mənim gözlərim
Yuxu şərabıyla dop-dolu olur,
Şeirimin beşiyi üstünə bir bax!
Sənin nəfəsinlə aydınlıq olur,
Sənin nəfəsinlə günəşli olur.
24. 07. 2012

Cavab
Tanrı bizim üçün gülümsəyirdi,
Bilməsək də O´nun mərhəmətini.
Arxada gizlincə şarab içmədik.
Qara cübbə geyən mollalar kimi,

Alın, günahlardan qaralar, deyil-
Səccadəyə alın yapışdırmaqdan.
Tanrının adını çəkməmək yaxşı-
Allah-Allah deyib xalqı soymaqdan.

Üzülmərik bir gün şeyx fitva verib,
Cənnət qapısını bizə qaparsa
Bizi kədər ilə yoğuran Tanrı
Açar da qapını rəhməti varsa.

Fırtınalar yudu sevincimizi,
Dəniz ortasında dayanan dağız.
Köksümüz Tanrının evi, qorxmarıq,
Qalsaq da tufanlar önündə yalnız.

Bizim könlümüzdən qopan qığılcım,
Şeyxın üzərinə düşüb yaxarsa,
Eşqin atəşində yanan bizləri,
Suçlu adlandırmaz, sevgisi olsa.

Bizim eşqimizi kötümsəyərək,
Adamlar iftira yayar, sevimsiz.
Ölməz, ürəyində sevgi olanlar
Varlıqdan silinməz bizim eşqimiz.
26. 07. 2012
Saat 22. 30



Qəm çiçəyi

Şadam həsrətində yandığım üçün,
Sənin xəyalınla ağlamaq xoşdur.
Sənə qovuşduqdan sonra, böyləcə,
Ölümsüz eşqinə ağlamaq xoşdur.

Sən öylə düşündün, ayrılarsaq biz,
Sənin xəyalını tərk edərəm mən.
Mən də heyrətdəyəm hər gecə-gündüz,
Könlümün səni tərk etməzliyindən.

Duyuram ırmağın acılarını,
Gecələr bağçada tək dolaşarkən.
Mənim həsrət dolu hayqırışlarım,
Irmaq ağrısıyla qaynaşır həmən.

Bir gecə səssizcə sahildə otur,
Mənim dərdlərimi duyarsan açıq.
Gecə öz kölgənə baxdığın zaman,
Qərarsız ruhumu görərsən açıq.

Səhərin sərincə əsən yeliylə
Şərqi bəstələyib sənə göndərdim.
Göylərdə parlayan ulduzam, sənin-
Damının üstünə ışınlar sərdim.

Dağlar aramıza divar hörsə də,
İnan ki, mən buna heç üzülmərəm.
Mən bir gövərçinəm, yalnızbaşıma,
Uçub dənizlərdən varıb keçərəm.

Quru budaq kimi həsrətində mən,
Tutuşub yavaşça yanmaqdan şadam.
Sənin şəhərinin günəşi ilə,
Bədənim isinib, qavrılmış tamam.

Könlümdə ölməzdir sənin xatirən,
Sən mənim ilk eşqim, sevgi dünyamsan,
Xatirən sevimli payız kimidir,
Türlü-türlü rənglər göstərmiş olan.

Burax, qara cübbə geyən mollalar,
Desinlər haqqımda sözlər çirkincə.
Buna üzülmərəm, düşünürəm ki,
Şeytan yaratmışdır onları məncə.

Ancaq mən gerçək bir qəm çiçəyiyəm,
Sənin xatirənlə təravətim var.
Səssiz gecələrdə, yalnız dünyamda,
Xəyallarım səni yenidən qurar.
26. 07. 2012
Saat 24


17 Temmuz 2012 Salı

Bulaq və daş



Məlik-üş Şüəra Bəhar
Bulaq və daş
Sal dağdan ayrıldı coşğun bir bulaq
Böyük bir daş ilə qarşılaşaraq
Astaca söylədi: “Ey mehriban daş,
Yol ver burden keçim mən yavaş-yavaş.”
Ancaq qəlbi qara namehriban daş
Onu vurub dedi: “Burdan uzaqlaş!
Sellər qarşısında tərpənmədim mən,
Sən kimsən, çəkilim sənin önündən?”
Daşın cavabından sınmadı bulaq,
Torpağı qazmağa başladı ancaq.
Xeyli zəhmət çəkib təlaş edərək,
O daşın böyründən yol açdı gerçək.
Zəhmətlə hər şeyə yetərsən yəqin,
Zəhmət zinətidir bəşəriyətin
Hər zaman ümidlə zəhmətə qatlaş!
Ümidsizliklərdən ölüm verər baş
Sarsılmaq bilməsən işdə hər zaman
Çətin işlərində olacaq asan.
Ərdəbil- 1987

Simin Behbehani


Simin xanım Behbehani
Həyat qanımızla qarışmış bizim
Umudsuzluqları ruhumuz dandı
Bir ənqa* od tutub yandıysa, onun
Külündən başqa bir ənqa yarandı
*
Cismimiz bir dağdır, vüqarlı bir dağ
Dağa təsir etməz nə sel, nə də su
Ruhumuz dənizdir, coşğun bir dəniz
Dənizin tufandan yoxdur qorxusu
*
O qədər ev yıxan qüdrətli sellər
Gəlib dənizlərdə tutdular qərar
Şöhrət çün bir işi görən kimsələr
Biz dahilər ara itib-batdılar.
1987-Ərdəbil
· Ənqa- əfsanəvi quşdur. Yaşlandığında çıxıb bir uca dağın başında od tutub yanar və külündən gənc bir ənqa doğar. 

Pərvin Etisami


Pərvin E´tisami
Qəzəl
Xoşdürür kim sinədə dürri məani saxlamaq
Yox olurkən leyk ömrü cavidaani saxlamaq
Əqlilə evraqi dünyaya girərkən ey könül
Eşqi də bir giz kimi içdə nihaani6 saxlamaq
Can bağında anbaan əkmək gərək min türlü rəng
Ol könül baağında yetkin baağbaanı saxlamaq
Eşq üçün bəslər ikən sirlərlə dolğun bir könül
Ərməğan ol yar üçün sevdalı caanı saxlamaq
Mənəviyyat aləmində parlayarkən gün kimi
Zülmətin bağrın dələn nuuri xüdaani saxlamaq
Batilə meyl etməz oldun Pervin ol üzdəndi kim
Məhrəmi yaar oldun, ol mülki bəqaani saxlamaq
1. Xoşdürür- xoşdur
2. Məani-mə´nilər
3. Leyk- ancaq
4. Evraq-vərəqlər- səhifələr, Dünya işləri
5. Giz- sirr
6. Nihani- gizlin
7. Bəqa- əbədi var olan