Furuğ Fərruxzad
Çevirdi: Güntay
Qəmsevər
Payız tək olsaydım, keşkə payız tək,
Payız
tək səssiz və qəmli olsaydım.
Dilək yarpaqlarım
solardı bir-bir,
Gözlərim günəşi buza dönərdi.
******
Köksümün
göyləri qəmlə dolardı,
Könlümü
sarardı sərt fırtınalar.
Və göz yaşlarım
da yağmurlaşaraq,
Yağıb
ətəyimi edərdi ıslaq.
******
Nə gözəl olardı
payız olsaydım,
Zövqdən, şövqdən rəngə dolsaydım.
Payızla
dop-dolu baxışlarımda,
Şair
oxuyardı göylər şeirini.
Yanımda
isə,
Bir
aşiqin qəlbi alovlanardı.
Gizlin
dərdin odlu qığılcımında
Mənim şərqilərim....
Qanadları
qırıq yel nəğməsi tək,
Qəm ətri saçardı xəstə ruhlara.
Önümdə isə,
Gəncliyin
qışının acı siması,
Arxamda
isə,
Yayın
coşqun, sıcaq, qaynar sevgisi.
Köksüm
qəmə, dərdə, ümidsizliyə,
Olardı
sığınaq.
Payız
tək olurdum keşkə payız tək...
Günəşli olur
Yaxşı bax, gözlərim dərinliyində,
Gör necə əriyir qəm damla-damla.
Bax gör necə, qara üsyankar kölgəm,
Günəşin əlində əsir olmuşdur.
Bax, bütün varlığım viranələşir,
Bir qığılcım məni çəkir içinə
Mənə tələ qurur, məni yüksəldir.
Bax, mənim göylərim,
Parlaq ulduzlarla dolub daşmışdır.
Sən gəldin uzaqdan, çox uzaqlardan,
Işıqlar, qoxular ölkələrindən,
Oturtmusan məni kiçik qayıqda
Ey mənim ümidim, mənim sevimlim
Apar məni, apar, çox uzaqlara
Apar da coşqu və şeir ölkəsinə
Ulduz dolu yolda yürüyüb getdik
Ulduzdan yüksəyə qaldırdın məni
Gör necə ulduzlar yaxmış canımı
Hərarətim var
Qırmızı balaca balıqlar kimi
Göllərdən gecələr ulduz dərdim mən.
Mavi səmaların bu köşklərinə
Uzaqlar nə qədər uzaqmış öncə
Sənin səsin indi yenidən gəlir
Qulaqlarıma
Mələklərin parlaq qanadlarının səsi duyulur
Bax gör ki, mən hara yüksəlmişəm, bax!
Kəhkəşanlara, sonsuqluqlara, əbədiyətə.
Madam sonsuzluğa yüksəlmişik biz
Şərab dalqasıyla məni çimizdir.
Məni öpüşünün ipəyinə bük!
Uzun gecələrin səssizliyində
Məni arzula, məni xatırla!
Məni ulduzlardan ayırma daha,
Məni buraxma!
Gecə,
damla-damla əriyir şam tək
Sənin dadlı-şirin laylalarınla
Mənim gözlərim
Yuxu şərabıyla dop-dolu olur,
Şeirimin beşiyi üstünə bir bax!
Sənin nəfəsinlə aydınlıq olur,
Sənin nəfəsinlə günəşli olur.
24. 07. 2012
Cavab
Tanrı bizim üçün gülümsəyirdi,
Bilməsək də O´nun mərhəmətini.
Arxada gizlincə şarab içmədik.
Qara cübbə geyən mollalar kimi,
Alın, günahlardan qaralar, deyil-
Səccadəyə alın yapışdırmaqdan.
Tanrının adını çəkməmək yaxşı-
Allah-Allah deyib xalqı soymaqdan.
Üzülmərik bir gün şeyx fitva verib,
Cənnət qapısını bizə qaparsa
Bizi kədər ilə yoğuran Tanrı
Açar da qapını rəhməti varsa.
Fırtınalar yudu sevincimizi,
Dəniz ortasında dayanan dağız.
Köksümüz Tanrının evi, qorxmarıq,
Qalsaq da tufanlar önündə yalnız.
Bizim könlümüzdən qopan qığılcım,
Şeyxın üzərinə düşüb yaxarsa,
Eşqin atəşində yanan bizləri,
Suçlu adlandırmaz, sevgisi olsa.
Bizim eşqimizi kötümsəyərək,
Adamlar iftira yayar, sevimsiz.
Ölməz, ürəyində sevgi olanlar
Varlıqdan silinməz bizim eşqimiz.
26. 07. 2012
Saat 22. 30
Qəm çiçəyi
Şadam həsrətində yandığım üçün,
Sənin xəyalınla ağlamaq xoşdur.
Sənə qovuşduqdan sonra, böyləcə,
Ölümsüz eşqinə ağlamaq xoşdur.
Sən öylə düşündün, ayrılarsaq biz,
Sənin xəyalını tərk edərəm mən.
Mən də heyrətdəyəm hər gecə-gündüz,
Könlümün səni tərk etməzliyindən.
Duyuram ırmağın acılarını,
Gecələr bağçada tək dolaşarkən.
Mənim həsrət dolu hayqırışlarım,
Irmaq ağrısıyla qaynaşır həmən.
Bir gecə səssizcə sahildə otur,
Mənim dərdlərimi duyarsan açıq.
Gecə öz kölgənə baxdığın zaman,
Qərarsız ruhumu görərsən açıq.
Səhərin sərincə əsən yeliylə
Şərqi bəstələyib sənə göndərdim.
Göylərdə parlayan ulduzam, sənin-
Damının üstünə ışınlar sərdim.
Dağlar aramıza divar hörsə də,
İnan ki, mən buna heç üzülmərəm.
Mən bir gövərçinəm, yalnızbaşıma,
Uçub dənizlərdən varıb keçərəm.
Quru budaq kimi həsrətində mən,
Tutuşub yavaşça yanmaqdan şadam.
Sənin şəhərinin günəşi ilə,
Bədənim isinib, qavrılmış tamam.
Könlümdə ölməzdir sənin xatirən,
Sən mənim ilk eşqim, sevgi dünyamsan,
Xatirən sevimli payız kimidir,
Türlü-türlü rənglər göstərmiş olan.
Burax, qara cübbə geyən mollalar,
Desinlər haqqımda sözlər çirkincə.
Buna üzülmərəm, düşünürəm ki,
Şeytan yaratmışdır onları məncə.
Ancaq mən gerçək bir qəm çiçəyiyəm,
Sənin xatirənlə təravətim var.
Səssiz gecələrdə, yalnız dünyamda,
Xəyallarım səni yenidən qurar.
26. 07. 2012
Saat 24
Hiç yorum yok:
Yorum Gönder