Məlik-üş Şüəra Bəhar
Bulaq və daş
Sal dağdan ayrıldı coşğun bir bulaq
Böyük bir daş ilə qarşılaşaraq
Astaca söylədi: “Ey mehriban daş,
Yol ver burden keçim mən yavaş-yavaş.”
Ancaq qəlbi qara namehriban daş
Onu vurub dedi: “Burdan uzaqlaş!
Sellər qarşısında tərpənmədim mən,
Sən kimsən, çəkilim sənin önündən?”
Daşın cavabından sınmadı bulaq,
Torpağı qazmağa başladı ancaq.
Xeyli zəhmət çəkib təlaş edərək,
O daşın böyründən yol açdı gerçək.
Zəhmətlə hər şeyə yetərsən yəqin,
Zəhmət zinətidir bəşəriyətin
Hər zaman ümidlə zəhmətə qatlaş!
Ümidsizliklərdən ölüm verər baş
Sarsılmaq bilməsən işdə hər zaman
Çətin işlərində olacaq asan.
Ərdəbil- 1987
Hiç yorum yok:
Yorum Gönder