Blog Listem

16 Temmuz 2010 Cuma

Tərcümələr

Xacə Əbulla Ənsari:
Gözlərdə əyan sən idin u mən qafil
Köksümdə nihan sən idin u mən qafil
Həp külli cahanda axtarırdım səni mən
Tüm cümlə cahan sən idin u mən qafil
**
         Şəmsi-Təbriz:
         Köyündən çoxları gəlib gedərlər,
         Həsrətdən göz yaşı səpib gedələr.
         Mən sənin vəfalı dostunam, inan!
         Özgələr külək tək əsib gedərlər.
*
         Əgər başqasıyla bulunsam birdən,
         Könlümdə kimsəyə yer vermərəm mən.
         Birinin günəşi batdığı zaman,
         Önünə bir çıraq alar, məcburən.
**
         Hafiz Şirazi:
         Qan içrə yatacam bu gecə qəmdən,
Sağlıq yatağından uzaqlarda mən.
Göndər xəyalını inanmırsansa,
Gör ki, nə çəkirəm hicrin əlindən.
** 
Xəyyam:
Bir dəstə düşünməkdədi nəymiş də bu din?
Bir dəstəni sarmaqdadı şübhəylə yəqin
Qorxum budu bir gün gələ bir səs deyinə:
Həm ilki və həm ikinci yanlışdı bilin!
**
Baba Tahir Üryan:
Biri vəsli,biri hicran sevər hey,
Biri dərdi, biri dərman sevər hey.
Mənim könlüm bu istəklər içində,
           Onuu istər ki, həp canan sevər hey.

Hiç yorum yok:

Yorum Gönder