Saqinamə
Qəflət yuxusundan oyandıqda mənFərasət bayrağın yüksəltdim həmən
Dunyaya salaraq hikmətli nəzər
Yaranış mülkünə eylədim güzər
Meyxanə tək uyğun, görmədim bir yer
Piri-Muğan kimi yetişkin bir ər
Ona gileyləndim zaman zülmündən:
Mənə cövr eləyir bu devran nədən?
Müdrik ulu ərmiş düşünüb durdu
Mənə xitab edib böylə buyurdu:
Zamanı qınama, tale düyünün
Ağıl üzündəndir yaxşıca düşün
Yanlış xəyallara ağıl dalaraq
Qəzanın tərsinə davrandı ancaq
Muğan daru-ul şəfa seyrinə var get
Bu dərdin dərmanın ondan sual et
Qədəh gərdişinə tabedir zaman
Qədəh gərdişindən şad olur cahan
Könlünü sarsıtma yersiz kədərdən
“Yeddi cam” bağından çiçəklər dər sən
Fələklər seyrindən düşmə təşvişə
“Yeddi cam” meyinden iç şişə-şişə
Dünyaya nur saçan günəş tək şad ol
Yeddi gün şarab iç qəmdən azad ol
Yekşənbə günündə şarab iç bayıl
Sonrakı yekşənbə huşa gəl, ayıl
Şarab üçün paran yoxdursa əgər
Söylə darmadağın olsun fələklər
Düşənbə günü də şarab günüdür
Könül atəşini şarabla söndür
Məzə lazımdırsa istə fələkdən
Aydan bircə dilim göndərsin həmən
Ərğəvan meydən iç qoy qızışsın baş
Obiri seşənbəyə sərxoşca ulaş
Zahid yasaqlardan danışsa birdən
Günahını merrix üstünə at sən
Şarabsız olmasın çərşənbə süfrən
Obir çərşənbəyə sərxoş ulaş sən
Çalış məclisində bulunsun fələk
Utarod və günəş rəqs eyləyərək
Pəncşənbə günü şarab iç öylə
Kədərdən azad ol şərqilər söylə
Bayqın xəyalından bir şey itirsən
Duyarlı bercisdən sual et həmən
Cümədən cüməyə kam al şarabdan
Öylə et ki, mudam sərxoş olasan
Əgər saz lazimsa işarə eylə
Zöhrə məclisinə gəlsin həvəslə
Şənbə gəldiyində ayılmamış ol
Şənbədən şənbəyə sərxoşluqla dol
Saqınmaq istəsən kötülüklərdən
Zühəli qapında qoruqçu et sən
Sirlər xəzinəsin açdı ol ərən
Saqiyə işarət eylədi həmən:
Bu miskin könüldən yükü götürün
Onun dodağına şarab ötürün
Ağla işıq verən şaraba sal meyl
Qaranlıq doğuran şaraba deyil
Şəriət zövq alan şarabdan iç gil
Şəriətdə haram olandan deyil
Ərmiş istəyiylə bir cam saqidən
Şarab alib içdim ehtiyatla mən
O camdan içərim şövqilə doldu
Mükəmməl fərəhlə zövqilə doldu
Mərifət qapısı açıldı mənə
Boş könlüm sirlərə oldu xəzinə
Mərhəba ey saqi ki, sən müxtəsər
Mən tək dərdiməndə eylədin nəzər
Mey içdik söküldü bəndlər dildən
Indi sirlərimə qulaq as lütfən
Saqın qafil olma mey süzməyindən
Saqiya, mey ver gil qədəh-qədəh sən
Səb-ül Məsani(1) tək doldur yeddi cam
Doldur qədəhləri ard-arda müdam
Çevirdi: Güntay
Bakı—19/04/2009
(1). Fatihə surəsinə işarədir ki, yeddi ayədən ibarətdirBakı—19/04/2009
Hiç yorum yok:
Yorum Gönder