Blog Listem

29 Ekim 2010 Cuma

Yeni kitab




             Cavanşır Muğanlı´nın "Qırmızı balıq" adlı uşaqlar üçün yazılmış kiçik romanı İranda yayımlanmışdır. İlgilənənlərin diqqətinə duyurulur. Kitabın cildini burdan görə bilərsiniz.

25 Ağustos 2010 Çarşamba

Füzulidən tərcümə (Saqinamə)



Saqinamə
Qəflət yuxusundan oyandıqda mən
Fərasət bayrağın yüksəltdim həmən
Dunyaya salaraq hikmətli nəzər
Yaranış mülkünə eylədim güzər
Meyxanə tək uyğun, görmədim bir yer
Piri-Muğan kimi yetişkin bir ər
Ona gileyləndim zaman zülmündən:
Mənə cövr eləyir bu devran nədən?
Müdrik ulu ərmiş düşünüb durdu
Mənə xitab edib böylə buyurdu:
Zamanı qınama, tale düyünün
Ağıl üzündəndir yaxşıca düşün
Yanlış xəyallara ağıl dalaraq
Qəzanın tərsinə davrandı ancaq
Muğan daru-ul şəfa seyrinə var get
Bu dərdin dərmanın ondan sual et
Qədəh gərdişinə tabedir zaman
Qədəh gərdişindən şad olur cahan
Könlünü sarsıtma yersiz kədərdən
“Yeddi cam” bağından çiçəklər dər sən
Fələklər seyrindən düşmə təşvişə
“Yeddi cam” meyinden iç şişə-şişə
Dünyaya nur saçan günəş tək şad ol
Yeddi gün şarab iç qəmdən azad ol
Yekşənbə günündə şarab iç bayıl
Sonrakı yekşənbə huşa gəl, ayıl
Şarab üçün paran yoxdursa əgər
Söylə darmadağın olsun fələklər
Düşənbə günü də şarab günüdür
Könül atəşini şarabla söndür
Məzə lazımdırsa istə fələkdən
Aydan bircə dilim göndərsin həmən
Ərğəvan meydən iç qoy qızışsın baş
Obiri seşənbəyə sərxoşca ulaş
Zahid yasaqlardan danışsa birdən
Günahını merrix üstünə at sən
Şarabsız olmasın çərşənbə süfrən
Obir çərşənbəyə sərxoş ulaş sən
Çalış məclisində bulunsun fələk
Utarod və günəş rəqs eyləyərək
Pəncşənbə günü şarab iç öylə
Kədərdən azad ol şərqilər söylə
Bayqın xəyalından bir şey itirsən
Duyarlı bercisdən sual et həmən
Cümədən cüməyə kam al şarabdan
Öylə et ki, mudam sərxoş olasan
Əgər saz lazimsa işarə eylə
Zöhrə məclisinə gəlsin həvəslə
Şənbə gəldiyində ayılmamış ol
Şənbədən şənbəyə sərxoşluqla dol
Saqınmaq istəsən kötülüklərdən

Zühəli qapında qoruqçu et sən
Sirlər xəzinəsin açdı ol ərən
Saqiyə işarət eylədi həmən:
Bu miskin könüldən yükü götürün
Onun dodağına şarab ötürün
Ağla işıq verən şaraba sal meyl
Qaranlıq doğuran şaraba deyil
Şəriət zövq alan şarabdan iç gil
Şəriətdə haram olandan deyil
Ərmiş istəyiylə bir cam saqidən
Şarab alib içdim ehtiyatla mən
O camdan içərim şövqilə doldu
Mükəmməl fərəhlə zövqilə doldu
Mərifət qapısı açıldı mənə
Boş könlüm sirlərə oldu xəzinə
Mərhəba ey saqi ki, sən müxtəsər
Mən tək dərdiməndə eylədin nəzər
Mey içdik söküldü bəndlər dildən
Indi sirlərimə qulaq as lütfən
Saqın qafil olma mey süzməyindən
Saqiya, mey ver gil qədəh-qədəh sən
Səb-ül Məsani(1) tək doldur yeddi cam

Doldur qədəhləri ard-arda müdam
Çevirdi: Güntay
Bakı—19/04/2009
(1). Fatihə surəsinə işarədir ki, yeddi ayədən ibarətdir

Füzulidən tərcümə (xanəndə ilə söhbət)




Xanəndə ilə söhbət
Oldum müğənnilə bir gecə həmdəm
Sirlər dünyasına dolmuşdu aləm
Söylədim sən ey dost, sayqın arxadaş
Məni feyzi-yab et sən yavaş-yavaş
Xanəndə heç bir saz qullanmayaraq
Diliylə şərqilər söylədi ancaq
Sözdən qüvvət alıb o asta-asta
Bilinməz sirləri edirdi ifşa
Sordum ki, bu feyzin qaynaği nədir
Ki zatında yoxdur ozgəlik, kibir
Dedi: ruhanidir gördüyün əsər
Orda nadanlıqdan yoxdur bir xəbər
Özgəyə meyl etmə dost sirrini sən
Özgədən eşitmə eşit özündən
Iradəsiz Neyə sir vermə aman
Versən, eyləyəcək rüsvayi— cahan
Dəflə də dərddaşlıq məsləhət deyil
Bir sillə dəyərsə ifşa edər bil
Çəngi məhrəm etmə iç dünyana sən
Hər yoldan ötənə danışar səndən
Udla dostluq etsən sir vermə saqın
Onda zəka yoxdur itirmiş ağlın
Gizlət sirlərini Tənburdan hər an
Yoxsa eylər səni rüsvayi— cahan
Qanuna sirrini saqin vermə gil
Sirrini faş eylər o, sirdaş deyil
Bu firqəylə görüş haramdır, nədən?
Çünkü sir saxlamaz olmuşlar həmən
Qəza və qədərdən deyilsən agah
Ki necə bir tutruq ərz etmiş ol şah
Tutruqluq sənəti bir istedaddır
Əminlik, əmanət bir yaxşı addır
Cəmadat məhrumdur bu istedaddan
O üzdən bu yüklə yüklənmiş insan
Qoruyub bu sirri naməhrəmlərdən
Onu sahibinə verməlisən sən
Cəmadata etmə içini aşkar
Qəza işlərindən uzaq dur, zinhar!
Sözün hikmətindən qafil olma gil
Söz insan cismində can kimidir bil
Hikmət ərənləri demişlər böylə
Dirilik və ölüm fərqlənir sözlə
Dünyada insandan yalnız qalır ad
Danış ki, yaşamın olmasın bərbad
Ancaq öylə danış sözlər söylə sən
Sonradan utanma xəcalətindən
Öylə qıl sözlərin hər zaman müdam
Həyat qanunu tək eyləsin davam
Batin sirlərini vermə kimsəyə
Zahir əhlinə sən zahirdən söylə
Müğənni, sən qəbul əhlinə varsan
Sözlə və avazla könüllər sarsan
Özgələr vəsfindən çəkin bir təhər
Mənim əhvalımı şərh et müxtəsər
Füzuli sayaqı oturmuşam lal
Izhara sığmayır bu əhval, bu hal
Xoş ol kəs ki, mənə rastlandığım an
Təqvadan danışsın, deyil şarabdan
Şarab vəsfi mənə düşməz o üzdən
Bəllidir şarabın halı əzeldən
Çevirdi: Güntay
1999- Bakı

24 Ağustos 2010 Salı

Əbulsəid Əbulxeyr (rübai)




Əbulsəid Əbulxeyr:

          Gəl-gəl, kim olursan gəl, heç durma saqın, gəl-gəl!
          Sən kafər u gəbrisən, gəl-gəl, yenə gəl, yüksəl!
          Heç kimsə bu dərgahdan, küsməz, küsəməz olsun
          Qırmışsan əgər tövbə, gəl- gəl yenə gəl, gəl-gəl
24.08.2010

****
Gəbr- Gavur
باز آ، باز آ، هر آنچه هستی باز آ
گر کافر و گبر و بت پرستی باز آ
این درگه ما، درگه نومیذی نیست
صد بار اگر توبه شکستی باز آ

23 Ağustos 2010 Pazartesi

Xaqanidən qəzəl tərcüməsi











Xaqani Şirvani

Çevirən: Güntay Gəncalp

Eşq işi vəsl ilə hicrandan ötə
Dərdimiz hər türlü dərmandan ötə
İş çətin olduqda istənc1 əklənir
Quy2 da sərt gəlmişsə çovqandan3 ötə
Devrimizdə iş sənin eşqindi bax
Yoxdu heç bir şey bu dərmandan ötə
Mən sənə varmaq dilərdim neyləyim
Vəsl atın yüzlərcə meydandan ötə
Eşqın ilə uğraşar daim cahan
Kim bu sevda həm də sultandan ötə
Qan seli Xaqanini sarmaşladı
Çağlayan seldir zənəxdandan4 ötə
23.08.2010
.......................................................
1. İstənc- iradə
2. Quy- Çovqan oynamaq üçün əlağacı
3. Çovqan- əski türk savaşçılarının atla oynadıqları oyun, polo game
4. Zənəxdan- çənə

کار عشق از وصل و هجران در گذشت
درد ما از دست درمان در گذشت
کار، صعب آمد به همت برفزود
 گوی، تیز آمد ز چوگان درگذشت
در زمانه کار کار عشق توست
 از سر این کار نتواند درگذشت
 کی رسم در تو که رخش وصل تو
از زمانه بیست میدان درگذشت
 فتنه‌ی عشق تو پردازد جهان
 خاصه می‌داند که سلطان درگذشت
جوی خون دامان خاقانی گرفت
دامنش چه، کز گریبان درگذشت



Keşkə səndən başqaca çevrəmdə kimsəm olsa da,
Ya ulaşmq çin sənə bir türlü yöntəm olsa da.
Bağrımı sarmış olan bitməz-tükənməz qəm yükün,
Paylaşa bilmək için bir təkçə həmdəm olsa da.
*
Kâşki coz to kəsi dâştəmi
Ya be to dəstrəsi dâştəmi
Ya dər in ğəm ke mərâ hər dəm həst
Həmdəm o həmnəfəsi dâştəmi.
17. 08. 2012






29 Temmuz 2010 Perşembe

Füzulidən tərcümə



Qan tökən baxmanla öldürdün, həlak etdin bizi
Öylə bir vurdun yara, getməz də könlümdən izi
Sığmaz olmuşdur da Bağdad mülkünə çün könlümüz
Ol səbəbdəndir Füzuli özləmişdir Təbrizi

ما را هلاک غمزه خونریز کرده ایی
تیغی عجب به کشتن من تیز کرده ایی
بغداد را نخواست فضولی مگر دلت 
کاهنگ عیش خانه تبریز کرده ایی

28 Temmuz 2010 Çarşamba

Nasir Xosrov


Nasir Xosrov:

Sevimli surətinlə, ol qutlu gəncliyi sən
Ey məndən də ağılsız, bərbad eylədin nədən?
Üzün gözəl ikən sən, çirkin işə qoyuldun,
Et indi yaxşı işlər, madam ki, çirkin oldun.

 آن قوت جوانی وان صورت بهشتی
ای بی خردتر از من، از دست چون به هشتی
تا صورتت نیکو بود، افعال زشت کردی
پس فعل را نیکو کن، اکنون که زشت گشتی

22 Temmuz 2010 Perşembe

Mövlananın musiqi üzərinə görüşləri



Mövlananın musiqi üzərinə görüşləri
*

Söylər olmuşlar ərənlər ol nəfəs
Göylərin sonsuzluğundandır bu səs
Ol fələklər seyrinindir kim bu saz
Söylər olmuş böylə tənburla boğaz
Biz ki, həp adəm soyundan gəlmişiz
Ilk əzəldən varlığa sərpilmişiz.
Böylədir sazlardakı ol inləyiş,
Anladar bir çox anımlar, dinləyiş
Şik*lə örtmüşsə bizi torpaq və su
Köksümüzdə var əzəllik duyqusu
Ol əzəl gündən olan səslər gəlir
Musiqi şəklində bizdə yüksəlir.


پس حکیمان گفته اند این لحن ها
از دَوارِ چرخ بگرفتیم ما
بانگ گردش های چرخ است اینکه خلق
می سرایندش به تنبور و به حلق
ما همه اجزای آدم بوده ایم
در ازل این لحن ها بشنوده ایم
ناله تنبور و برخی سازها
اندکی ماند بدان آوازها
گرچه بر ما ریحت آب و گل شکی
یادمان آمد از آنها چیزکی

Çevirdim:
23.07.2010
saat 003


* Şik, Tatar və Başqurt Türkçəsində “şübhə” deməkdir.

16 Temmuz 2010 Cuma

Tərcümələr

Xacə Əbulla Ənsari:
Gözlərdə əyan sən idin u mən qafil
Köksümdə nihan sən idin u mən qafil
Həp külli cahanda axtarırdım səni mən
Tüm cümlə cahan sən idin u mən qafil
**
         Şəmsi-Təbriz:
         Köyündən çoxları gəlib gedərlər,
         Həsrətdən göz yaşı səpib gedələr.
         Mən sənin vəfalı dostunam, inan!
         Özgələr külək tək əsib gedərlər.
*
         Əgər başqasıyla bulunsam birdən,
         Könlümdə kimsəyə yer vermərəm mən.
         Birinin günəşi batdığı zaman,
         Önünə bir çıraq alar, məcburən.
**
         Hafiz Şirazi:
         Qan içrə yatacam bu gecə qəmdən,
Sağlıq yatağından uzaqlarda mən.
Göndər xəyalını inanmırsansa,
Gör ki, nə çəkirəm hicrin əlindən.
** 
Xəyyam:
Bir dəstə düşünməkdədi nəymiş də bu din?
Bir dəstəni sarmaqdadı şübhəylə yəqin
Qorxum budu bir gün gələ bir səs deyinə:
Həm ilki və həm ikinci yanlışdı bilin!
**
Baba Tahir Üryan:
Biri vəsli,biri hicran sevər hey,
Biri dərdi, biri dərman sevər hey.
Mənim könlüm bu istəklər içində,
           Onuu istər ki, həp canan sevər hey.

Karo Derderyan

Vidaa

Get, itil!
Mən səni sevməm daha, artıq sevəməm.
Get, itil eşqi omuzlarda şələ.
Gözünü gözlərimə zilləyərək,
Bir daha da naaz eləmə!
Bezmişəm, bezginəm alçaqca sənin hiylələrindən, bezgin.
Lənət olsun səni dünyaya doğurmuş olan alçaq anaya.
Məni yoxsulluq üzündən bu qədər sorğulama!
Səni altun köləsi sayqısız alçaq qadın, alçaq!
Vəhşilik, fahişəlik ruhunu sarmış ancaq!
Məndə altun və para yoxsa da, var mərd ürəyim.
Mən əzabdan doğulan
Sevgidən yoğrulanam.
Mən, əvət yoxsulam, ancaq ürəyim,
Nə qədər xəstə və sönmüş ürəyə oldu dayaq.
Ruhu sönmüşlərə daim ürəyim oldu çıraq.
Gözlərin sürtülərək,
Sənin alçaq ürəyin,
Həp də dəlqəklərə olmuşdu yuva.
Bir də bax, sevmədiyin qəlbimi seyr et.
Ürəyim, sanki güvənlik yurdu.
Ki, əzilmişləri, düşmüşləri hayqırmada çırpıntıları.
Qəlbimin vurquları,
Sona ərməkdə olan türlü qaranlıq gecəni müjdələyir.
Ey həyasızlığı bir ülkü bilən pəst qadın!
Ürəyim dağlara meydan oxuyan Fərhaddır.
Çox yazıq qəlbimə, ey vay yazıq.
Qəlbimi sən kimi bir cındıra qurban etdim
Çox yazıq ömrümə, ey vaah yazıq!
Böylə sürtük qadının uğruna bərbad etdim.
Sən nə etdin mənə qancıq balası?
Sən ürək verdinmi?
Sus, saqın, səndə ürək varmı idi?
Bu ki, şəhvət və bataqlıqdı tamam.
Vardım artıq bu batlıqdan uzaqlaşdım mən.
Al bu şəhvət yuvasın, dəf ol get!
Get də ömrün boyu qancıqlıq et.
Çevirdi: G.G
04.06.2010

1 Haziran 2010 Salı

Xəyyam


--> -->
-->

Biz olmaz olursaq da, bu dünya olacaq
Bizdən nə bir ad, nə də bir ima olacaq
Biz olmaz ikən cahan varıymışsa demək
Bizdən daha sonra da bu dünya olacaq


Sirri-əzəli nə sən bilərsən, nə də mən,
Bu bilməcəyə nə sən ərərsən, nə də mən.
Biz pərdənin arxasında həp söyləşirik,
Nə mən qalaram pərdə düşərsə, nə də sən.
                                                                         09.11.2012

*
Bir dəstə düşünməkdədi nəymiş də bu din?
Bir dəstəni də sarmada şübhəylə yəqin
Qorxum budu bir gün gələ bir səs deyinə:
Həm ilki və həm ikinci yanlışdı bilin!
*


قومی متفکرند اندر ره دین
قومی به گمان فتاده در راه یقین
می ترسم از آنکه بانگ آید روزی
کی بی خبران راه نه آن است و نه این
01.06.2010


31 Mayıs 2010 Pazartesi

Oktavio Paz






Söz və azadlıq
Oranın uzaqlığında
sınırların, ayların bitdiyi oranın uzaqlığında
Sənsizliyin başladığı yerdən
İrəliyə doğru addımlayıram yavaşca
Ulduzlarla, şeirlə, uzaq dənizlərdə məni bəkləyən suların nəfəsi ilə.
Gecəyə anlam qazandırıram
Dan yerinin söküldüyü orada.
Və səhərlə qarşılaşıram.
Günbatan çağını yaradıram
yenə də qaranlıq öz daş yatağından qalxır
Xumar gözləri yorğunca dərin bir yuxu üçün bütün dünyaya dalır.
Mən ağacı
Buludları, qayaları, öngörü zövqünü
Günəşin ışınları parlamadan öncə tərəddüdlü görünən
Və aydınlıqda məhv olan yalanı qəbul edirəm.
Daha sonra
Quraq dağları
Zığlı kəndləri
Kiçik və gözəl gölməçənin varlığını
Bibərin sevgisizliyini və yandırıcılığını
Mənə daş atan yüngülağıl uşaqları
Məni ittiham edən kinli adamları
Və qorxunu
İçimə sindirirəm.
Umudu
Gündüzün yarısını
Günəşin həyəcanlı parlaqlığını
Və öz ərlərinin erkəkliyini məhv edib zövqsüzləşdirən qadınları.
Mən
yaxılmaq və bağırmağı yaradıram.
Gözəl mənzərələri
Zindanı
Bitləri
Siflis xəstəliyini
Sözbazları
Yapışqan və qan soran həşərələri
Səliqəsiz sevişmələri
Gecəyarısı bir məhkumu sorğu-suala tutmağı
Vicdan məhkəməsini
İttihamçını
Müttəhimi
Şahidi.
Diqqətlə baxacaq olsan
Bunların hər üçü də sənsən.
İndi sənin qurtarıcın kim olacaq?
Söz cadusunun hansı pıçıltıları ilə ittihamları rədd edəcəksən?
Ərizələr, istəklər, iddianamələr
Hamısı nəticəsizdir.
Bunlar məhkumluğun qapısını aça bilməzlər.
Bunlar darvaza deyillər, güzgüdürlər
Faydasız-
Yalnız əks etdirər.
Ya da xalqın içinə dönüş:
Bu aydınlıq heç bir zaman məni tərk etmir
Güzgüləri qıracağam
Öz təsəvvürlərimi param-parça edəcəyəm
Çünkü dan sökülüşündə müttəhim və ittihamçı bir-birlərini əyləndirirlər.
Bilgəliyin yalnızlığını və yalnızlığın bilgəliyini
Gündüzü su və çörəklə
Gecəni susuz
Qavrayıram
Kəndin quru torpaqları
Göz qapağı olmayan bir günəşin istisində məhv olmuşdur
Qorxunc bir baxışla.
Ah, ey bilgəlik!
Məhz indilikdə
Keçmiş və gələcək
Nə parlaqlıqla yatırlar,
nə də ümidlə.
Hər şey
Heç bir yerə çatmayan bu əbədiyətə doğru hərəkətdədir.
Oranın uzaqlığında
Yolların məhv olduğu
Sükutun susduğu yerdə
Mən ümidsizliyi kəşf edirəm
Mənə hamilə olan zehni.
Məni kəşf edən bir dostu kəşf edirəm
Tam mənə bənzəyir.
Və mənə heç bir bənzərliyi olmayan bir qadın
Mənim müxalifimdir:
Məndən süslənmiş və bayraqlarla bəzənmiş bir günbəz.
Mənim dalğalarımın ona doğru dırmaşdığı sahil
Mənim gözlərimin aydınlığı ilə
Yenidən abadlaşan xərabə bir şəhər.
Sükutun və bağırtıların ötəsində
Sözü tapıram.
Öz-özünü tapdığı azadlığı
Hər gün məni tapır.



Həyatın sonluluğu
Apar məni ey yalnızlıq,
Apar məni ey röyalar,
Apar məni, ana
Məni, sənin röyalarını görməyə zorla



Küçə
Səssiz və uzun bir küçə:
Qaranlıqda addımlayıram, ayaqlarım daşlara ilişir yıxılıram.
Qalxıram
və bir daha yıxılmayım deyə,
yavaş-yavaş, tam ehtiyatla addımlayıram.
Ayaqlarım səssiz daşlara toxunur, quru yarpaqlara batır.
Bir başqası da mənim arxamca daşlar və yarpaqlar üzərində addımlayır:
Mən yavaşca yerisəm, o da yavaşca yeriyir.
Mən qaçsam, o da qaçır.
Geri dönüb baxıram:
Kimsə yoxdur.
Qaranlıq bacasızdır
Daima küçəyə qovuşan
Bu bucaqdan o bucağa gedirəm.
Məni nə gözləyən
Nə də izləyən var.
Ancaq mən
Yerə düşüb-qalxan bir adamı izləyirəm.
Bu adam məni gördüyündə deyir:
Heç kəs.





23 Mayıs 2010 Pazar

Əxtər xanım Mərəndli


Gördüm ağlar gözünü qaana dönüşdü cigərim
Sənin ağlar gözünə qatlaşa bilməz bəsərim
Yanağından süzülən göz yaşı iiçiimi yaxar
Könlümün yanğınına şahid olar çeşmi tərim
Gül yanağında sənin göz yaşı axdıqca gülüm
San qızıl gül üzərində şehə düşdü nəzərim
Gördüm ol yarpağı solğunca görünməkdədi çün
Zülmətin diblərinə çökdü mənim həndəvərim
Göz yaşın gördüyüm andan qara gün oldu könül
Göz yaşın oldu buxar, sanki dumanlandı sərim
Göz yaşı solduracaqdır o ala gözlərini
Canıma qıymadadır sevdicəyim, şol xətərim
Ey könül ağlama gil, ağlamağın yox səməri
Qurtulan varmıdı göz yaşı ilə? Yox xəbərim
Gül gülüm, gül üzünə çox yaraşır çün gülücük
Sən gülərkən ucalar da, açılar bal ü pərim
Əxtərin şeiri sənin hüsnünə həsr olmuş idi
Göz yaşındandı yarandı, belə parlaq əsərim

20 Mayıs 2010 Perşembe

Gəvən və külək

Gəvən

Gəvən və külək



“Hara belə tələsirsən?”

Küləkdən soruşdu gəvən.

“Bezdim yaşamaqdan bu tozlu çöldə,

çıxmaq istəməzmisin sən də səfərə?”

söylədi külək.

“Çox istərdim mən də səfərə çıxım uzaqlara

Ancaq nə yazıq ki, mıxlanmış yerə ayaqlarım yara.”

söylədi gəvən.

“Sən hara qoşursan böylə?

Lütfən, külək söylə!”

“Buranın dışında olursa hara,

Gedəcəm ora,

yalnız bu çöllükdən bəlkə canım qurtara”

dedi külək qaça—qaça.

Köksü səfər həsrəti ilə dolu gəvən

sanki içi yaxılarcasına söyləndi həmən:

“Yaxşı yolçuluqlar sənə arxadaş,

ancaq səni Tanrı ey yolçu yoldaş,

Bu qorxunc qumsal çöllükdən sağlıqla

qurtulduqdan sonra

Uzaqlardakı güllərə və yağmura

Çatdır mənim sevgilərimi, unutma!”

Şəfi Kədkəni

Çevirdi: G.G

1 Mayıs 2010 Cumartesi

Şəmsi—Təbriz

Şəmsi—Təbriz

Köyündən çoxları gəlib gedərlər,

Həsrətdən göz yaşı səpib gedərlər.

Mən sənin vəfalı dostunam inan!

Özgələr külək tək əsib gedərlər.

*

Əgər başqasıyla bulunsam birdən,

Lönlümdə kimsəyə yer vermərəm mən.

Birinin günəşi batdığı zaman,

Önünə bir çıraq alar məcburən.

Baba Tahir Üryan

Baba Tahir Üryan

Bir vəsl ü biri hicran sevər hey

Bir dərd ü biri dərman sevər hey

Mənim könlüm bu istəklər içində

Onuu istər ki, həp canan sevər hey

Simin Behbehani

Simin Behbehani

Həyat sevgisi

Həyat qanımıza qarışmış bizim,

Umutsuzluqları ruhumuz dandı.

Bir ənqa od tutub yandıysa, onun,

Külündən başqa bir ənqa yarandı.

*

Cismimiz bir dağdır, vüqarlı bir dağ

Dağa təsir etməz nə sel, nə də su

Ruhumuz dənizdi, coşqun bir dəniz

Dənizin tuufandan yoxdur qorxusu

*

O qədər ev yıxan qüdrətli sellər

Gəlib dənizlərdə tutdular qərar

Şöhrət çün bir işi görən kimsələr,

Biz dahilər ara itib batdılar.

Ərdəbil 1987

Məlik üş Şüəar- Bahar

Bulaq və daş

Sal dağdan ayrıldı coşğun bir bulaq

Böyük bir daş ilə qarşılaşaraq

Astaca söylədi ey mehriban daş

Yol ver burdan keçim mən yavaş yavaş

Ancaq qəlbi qara təkəbbürlü daş

Onu vurub dedi: “Burdan uzaqlaş!

Sellər qarşısında tərpənmədim mən

Sən kimsən tərpənim sənin önündən”

Daşın cavabından sınmadı bulaq

Torpağı qazmağa başladı ancaq

Xeyli zəhmət çəkib təlaş edərək

O daşın böyründən yol açdı gerçək

Zəhmətlə hər şeyə yetərsən yəqin

Zəhmət ziynətidir bəşəriyyətin

Daima ümidlə zəhmətə qatlaş

Ümidsizliklərdən ölüm verer baş

Sarsılmaq bilməsən çalışmalardan

Çetin işlərin də olacaq aasan.
1987 Ərdəbil

Hafiz Şirazi- Qəm yemə!



Qəm yemə!
Yusifi bir gün görər bağrında Kən´an qəm yemə!
Hüzn evi ən son, olar tam bir gülüstan qəm yemə!
Dərdə batmış könlüm, heç əndişələnmə, bilmiş ol,
Buu düzənsizlik tapar bir nəzmi- asan qəm yemə!
Ömr yaazı gəldiyində gül çiçəkdən bir çələng,
Baaşına hörmüş olarsan mürği-xoşxan qəm yemə!
Ya bizim istək yolunda sürmədi çərxi-fələk,
Hər zaman bir yöndə getməz çərxi-dövran qəm yemə!
Gəl umudsuz olma, çün vaqif deyilsən qeybdən,
Pərdə arxaasında vardır sirri-pünhan qəm yemə!
Kə´bə eşqilə biyabanlarda sən düşsən yola,
İncidərsə caanını xari-məğilan qəm yemə!
Ey könül, sellər sökərsə varlığın ərkanını,
Rəhbərin Nuhdursa, tüğyan etsə tuufan qəm yemə
Yar yolunda biz rəqiblərdən nələr çəkdik, nələr,
Həpsini yaxşıı bilir ol hali-gərdan qəm yemə.
Gərçi mənzil çox xətərli, məqsəd olmuş çox uzaq,
Bilmiş ol kim, hər yol iiçin vardı paayan qəm yemə!
Sərt qaranlıqlarda, fəqr iiçində ömrün keçsə də,
Hafizaa, verdin sənin olmuşsa Quran qəm yemə!